1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Balakən regional “ASAN xidmət” mərkəzi - 1 il
30.07.2021

Balakən regional “ASAN xidmət” mərkəzi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 29 iyul 2020-ci il tarixdə açılmışdır. 17 avqust 2020-ci il tarixindən fəaliyyətə başlayan Balakən regional “ASAN xidmət” mərkəzində Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284000-ə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.

Mərkəzdə dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstərilir.

Fəaliyyət göstərdiyi müddət ərzində Balakən regional “ASAN xidmət” mərkəzinə 100 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.

Mərkəzin daxilində vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş “ASAN kafe” fəaliyyət göstərir. Uşaqların əyləncəsi üçün uşaq əyləncə guşəsi də mövcuddur.

Hazırda 20 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 15-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 % təşkil edir.

Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi də davam etdirilir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment