1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“AccessBank” ön ofis üçün yeni proqram təminatına investisiya edir
29.07.2021

Hər zaman müştərilərin rahatlığını düşünən və onlara keyfiyyətli xidmət təklif etməyə çalışan “AccessBank” yeni əməliyyat sisteminə - CRM-BPM-ə keçir. Yeni əməliyyat sisteminin həm bank əməkdaşları, həm də müştəriləri üçün böyük üstünlükləri var.

Yeni ön ofis sisteminin əsas üstünlükləri, müştərilərə göstərilən xidmət müddətinin minimallaşdırılması və proseslərin avtomatlaşdırılmasıdır. Bu isə öz növbəsində müştərilərə daha keyfiyyətli  xidmət göstərməyə imkan yaradır. 

“AccessBank” yaxın gələcəkdə bütün müştəri və filial proseslərini CRM-ə keçirməyi planlaşdırır. Artıq 3 əsas proses CRM-də tətbiq edilib və filiallara təhvil verilib. Bu proseslərdən biri kreditin verilməsidir. Yeni sistemdə bütün proses ortalama 12 dəqiqə vaxt alır. 

Bu sistemin Mərkəzləşdirilmiş Kredit Reyestri, Asan Maliyyə kimi xarici sistemlərə avtomatik inteqrasiyası, həmçinin müştərinin kredit ödənişi qabiliyyətinin avtomatik hesablanması, prosesi daha da səmərəli edir. Bu isə daha sürətli xidmət  və müştərilərin vaxtına qənaət etmək deməkdir.  

CRM-BPM sisteminə keçirilən ikinci proses isə ödəniş kartlarının sifarişidir. Artıq bu xidmət üzrə  sərf edilən müddət 3 dəfə azalıb.  

“AccessBank”ın bu proses çərçivəsində son məqsədləri prosesin icra vaxtını azaltmaq, müştərilərə göstərilən xidmətin keyfiyyətini artırmaq və mümkün əməliyyat risklərini minimuma endirməkdir.  

CRM-BPM sisteminin tətbiq edildiyi digər sahə isə Əlaqə Mərkəzidir. Zəngi qəbul etməzdən əvvəl müştərilərin identifikasiyasi və profilinin bank nümayəndəsinə təqdim edilməsi, həmçinin satışlara və istəklərə uyğun lidlərin yaradılması və digər yeni funksiyalar s. bankla müştəri arasında əlaqəni daha da gücləndirir. 

“AccessBank”ın Pərakəndə Bankçılıq üzrə İcraçı Direktoru İlkin Quliyev bildirib ki, CRM-BPM sistemi sayəsində Bank, müştərilərinə daha keyfiyyətli xidmət göstərə biləcək: “Yeni proqram təminatı Bankımızın təsdiq edilmiş strategiyasına uyğun olaraq inkişaf etdirilir və özündə 3  əsas yanaşmanı birləşdirir: müştəri  məmnunluğunu, proseslərin effektiv idarə edilməsini və təbii ki, biznesin inkişafını. CRM-BPM sisteminin imkanlarını inkişaf etdirmək, bütün filial məhsul proseslərini, həmçinin  müştəri   sorğularının idarə edilməsi proseslərini yeni sistemə keçirtməyi planlaşdırıq.  Yaxın gələcəkdə yeni CRM sistemi skriptlər və analitik informasiyaya əsasən, bank işçilərinə müştərilərin ehtiyaclarını analiz etməyə və nəticələrə əsasən daha çox ehtiyac duyulan məhsulları təklif etməyə imkan verəcək.”

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment