1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


"Muğanbank" ASC maliyyə vəziyyətini açıqladı - MƏNFƏƏT İLƏ İŞLƏYİB
27.07.2021

"Muğanbank" ASC 2021-ci ilin 1-ci yarısını 556 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, bank ötən ilin eyni dövrünü 1 milyon 881 min manat xalis zərər ilə bağlamışdı.

GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÜSTƏLƏYİB

2021-ci ilin yanvar-iyun dövründə "Muğanbank"-ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 28 milyon 489 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 27 milyon 722 min manat, gəlirlər xərcləri  üstələditindən əməliyyat mənfəəti 767 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan ehtiyatlara 212 min manat ayırdığından 2021-ci ilin ilk 6 ayını 556 min manat xalis mənfəət ilə başa vurub.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-iyun dövründə "Muğan Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 23 milyon 38 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 23 milyon 786 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 748 min manat təşkil etmişdi. Eyni zamanda, ehtiyat fondun 1 milyon 132 min manat ayırma edildiyindən zərər 1 milyon 881 min manata yüksəlmişdi. 

BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB

2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin 1-ci yarısı ərzində "Muğanbank"-ın cəmi aktivləri 22 miylon 491 min manat və ya 3,8% artaraq 613 milyon 397 min manata çatıb. Müştərilərə verilmiş kreditlər isə 35 milyon 71 min manat və ya 10,4% artaraq 371 milyon 17 min manata yüksəlib. 

30 İyun 2021-ci il tarixində "Muğanbank" ASC 101 milyon 334 min manat məcmu kapitala malik olub, bu da minimal tələbdən 2 dəfə çoxdur. "Muğanbank" 2020-ci ilin yekununda 91 milyon 697 min manat məcmu kapitala malik idi. 

Bank normalara artıqlaması ilə cavab verir. Belə ki, “Muğanbank”-da 1-ci dərəcəli  kapitalın adekvatlıq əmsalı 14,94% (norma minimum 5%), məcmu kapitalın adekvatlıq əmsalı 18,79% (minimal 10% olmalıdır), Leverec əmsalı 12,64% (minimal 4% olmalıdır) təşkil edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment