1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir
22.07.2021

Lider mobil operatordan Mediacell abunəçilərinə 5GB hədiyyə

Təməli 22 iyul 1875-ci il Həsən bəy Zərdabinin ana dilində "Əkinçi" qəzetini nəşr etdirməsi ilə qoyulan Azərbaycan mətbuatı bu gün 146 illiyini qeyd edir. Müasir qloballaşma, informasiya-kommunikasiya texnologiyalarının inkişafı dövründə azad və müstəqil kütləvi informasiya vasitələrinin mövcudluğu cəmiyyət həyatında əhəmiyyətli təsirə malikdir.

Ötən il Azərbaycan üçün taleyüklü bir dövrdə - 44 günlük İkinci Qarabağ müharibəsi zamanı yeni tarixin canlı şahidi olub qələmi ilə vuruşan, cəbhə bölgələrindən yorulmadan həqiqətləri ictimaiyyətə çatdıran və zəfər müjdəsini verən media nümayəndələrinin əməyi əvəzsiz olub. 

Ölkənin lider mobil operatoru “Azercell Telecom” MMC ənənəvi olaraq media nümayəndələrinin peşə bayramına özəl hədiyyə hazırlayıb. 22-23 iyul müddətində bütün Mediacell tarifinin istifadəçiləri 1875 açar sözünü 2723 qısa nömrəsinə göndərməklə Azercell-dən hədiyyə qismində 5GB həcmində mobil internet paketi əldə edə bilər. (Ətraflı: https://www.azercell.com/az/personal/campaigns/special-offers/national-press-and-journalism-day-campaign-2021.html).

Qeyd edək ki, Milli Mətbuat və Jurnalistika Günündə Azercell şirkətinin nümayəndələri işğaldan azad edilmiş ərazilərdə vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan Məhərrəm İbrahimov və Sirac Abışovun ailələri ilə görüşüb, onların əziz xatirəsini dərin hüznlə yad ediblər.

“Azercell Telekom” MMC Azərbaycan milli mətbuatının əməyini yüksək qiymətləndirir və fəaliyyətini daima diqqət mərkəzində saxlayır!


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment