1 USD 1,7    1 EUR 2,0182    1 RUB 0,0220    1 TRY 0,2084    XAU 2955,8240    XAG 42,6868    XPT 2114,5535    XPD 4547,1685   
           
/ Məzənnələr

 

 

 













Banklar


“AccessBank”ın departament rəhbəri “Yüksəliş” müsabiqəsinin qalibi oldu
17.07.2021

 “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri də “AccessBank”ın Hüquq və Komplayens departamentinin rəhbəri Tural Feyzullayevdir. O, müsabiqəyə müraciət etmiş 11 760 nəfər arasından idarəçilik səriştəsi və bacarıqlarına görə seçilib. 

“Yüksəliş” müsabiqəsinin məqsədi yüksək potensiala və idarəetmə keyfiyyətlərinə sahib perspektivli menecerləri müəyyənləşdirmək və dəstəkləməkdir.

Bu, Tural Feyzullayevin ilk nailiyyəti deyil. Belə ki, o, 2018-ci ildə Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, Tural Feyzullayev “AccessBank”dan öncə Maliyyə Bazarlarına Nəzarət Palatasında və Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərib. 

Tural Feyzullayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavr və Fransada Tuluza Universitetində Beynəlxalq Biznes Hüququ üzrə magistr dərəcələri alıb. Azərbaycan, ingilis və fransız dillərini bilir.

 


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment