1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Şəhidlərimizin övladları üçün “YAŞAT” düşərgəsi başlayıb
15.07.2021

Düşərgə şəhidlərimizin 8-11, 12-14 , 15-18 yaş kateqoriyasında olan övladlarını əhatə edəcək.

“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 2021-ci ilin 12 iyul tarixindən avqust ayının sonuna qədər şəhid övladları üçün yay düşərgələri keçiriləcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.

Düşərgə şəhidlərimizin 8-11, 12-14 , 15-18 yaş kateqoriyasında olan övladlarını əhatə edəcək.

Düşərgələrdə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən innovativ düşünmə tərzinin aşınlanması məqsədilə yarışmalar, habelə robotexnika, dron istifadəsi təlimləri, yuxarı yaşlı uşaqlar üçün isə “Hackathon” keçirilməsi nəzərdə tutulub.

Hər düşərgədə tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr (geyim dəstləri, şirniyyat bağlamaları, suvenir və əşyalar və s.) təqdim ediləcəkdir.

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgə sonrasında müalicə prosesinə cəlb olunacaqlar.

12 iyul tarixində Lənkəran şəhərində, "Springs Wellness Resort” hotelində “YAŞAT” düşərgəsininin açılış mərasimi təşkil olunub.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və digər qonaqlar iştirak ediblər.

Qonaqlar şəhidlərimizin, qəhrəman Vətən övladlarının əziz xatirələrinin daim ehtiramla yad edildiyini, onların əmanətlərinə, övladlarına daim xüsusi diqqətin və dəstəyin vacibliyini diqqətə çatdırıblar. Vurğulanıb ki, “YAŞAT” düşərgəsi uşaqların intellektual inkişafı, yeni biliklər və bacarıqlar əldə etmələri, o cümlədən istirahətlərini səmərəli keçirmələri üçün faydalı olacaq.

Şəhidlərimizin 8-11 yaşlı övladlarını əhatə edən ilk düşərgənin birinci günündə iştirakçılar üçün art-terapiya təlimi, tarix-diyarşünaslıq muzeyinə ekskursiya, komanda və psixoloqlarla tanışlıq kimi tədbirlər təşkil olunub. Həmçinin uşaqlara xoş və əyləncəli vaxt keçirmələri üçün “ASAN xidmət”in maskotu Mr. ASANT tərəfindən müxtəlif hədiyyələr paylanılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment