1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıya sərnişin reysləri həyata keçirən aviaşirkətlərin sayı artır
09.07.2021

Epidemioloji vəziyyət yaxşılaşdıqca, Azərbaycan COVID-19 pandemiyası səbəbindən dayandırılmış beynəlxalq hava əlaqələrini mərhələli şəkildə bərpa edir. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən aviaşirkətlərin sayı 20-yə çatıb.

Milli aviadaşıyıcı AZAL  və onun  törəmə müəssisəsi olan "Buta Airways" aşağıbüdcəli aviaşirkəti ilə  yanaşı,  Turkish Airlines, Lufthansa, Qatar Airways, Aeroflot, S7, flyDubai kimi iri aviaşirkətlər, habelə Pegasus, SkyUp Airlines kimi aşağıbüdcəli aviaşirkətlər və bir sıra digər aviadaşıyıcılar ölkəyə uçuşlarını bərpa ediblər və ya uçuş icra etməyə hazırlaşırlar.

Ümumilikdə 37 istiqamət üzrə uçuş həyata keçirilir (2021-ci ilin iyul ayına olan məlumat). AZAL doqquz istiqamətdə reyslər yerinə yetirir (uçuşların ümumi sayının təxminən 24% -i).

Hazırda sərnişin tələbatının daha çox olduğu istiqamətlər Rusiya (19 şəhər) və Türkiyədəndir (7 şəhər). Azərbaycandan hava yolu ilə həmçinin Almaniya, Ukrayna, Belarus, Böyük Britaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İsrailə səyahət etmək mümkündür.

Qeyd etmək lazımdır ki, Azərbaycanın digər beynəlxalq hava limanlarından da hava əlaqələri bərpa edilmişdir. Belə ki, Bakıdan əlavə, Naxçıvandan İstanbul (Turkish Airlines) və Moskva (Utair), Gəncə hava limanından İstanbul (Turkish Airlines), Moskva və Sankt-Peterburq (Ural Airlines ), Lənkəran hava limanından Moskva (Ural Airlines  və Nordwind) və Sankt-Peterburq (Nordwind) istiqamətlərində birbaşa uçuşlar icra edilir. 

COVID-19 pandemiyası başlamazdan əvvəl 30-dan çox aviaşirkət Azərbaycana uçuş həyata keçirirdi, istiqamətlərin ümumi sayı isə 60-dan çox təşkil edirdi.

2020-ci ilin yanvar ayından Azərbaycanın bütün hava limanlarında hava məkanının beşinci və yeddinci dərəcəli "hava azadlığı" rejimləri tətbiq olunur.  Həmin azadlıq dərəcələri bütün xarici  aviaşirkətlərə Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə heç bir məhdudiyyət olmadan uçuş icra etmək imkanı verir.

COVID-19 pandemiyasından əvvəl Azərbaycanın  hava limanlarında illik sərnişin axını təxminən 5 milyon nəfər təşkil edirdi. 

Heydər Əliyev Beynəlxalq Aeroportu  bir neçə dəfə "MDB-nin ən yaxşı hava limanı" adına layiq görülmüşdür,  2021-ci ildə isə  "Skytrax" audit şirkəti tərəfindən paytaxtın hava limanı COVID-19 pandemiyası dövründə  epidemioloji təhlükəsizlik  üzrə ən yüksək "5 ulduz" reytinqi ilə  təltif edilmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment