1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


BFB-da “ABB - İnvest investisiya şirkəti” QSC-nin və “BOKT Embafinans” QSC-nin iştirakı ilə “Açılış Zəngi” mərasimi keçirildi
17.06.2021

“ABB - İnvest investisiya şirkəti” QSC  (bundan sonra ABB-İnvest) ilə Bakı Fond Birjası (bundan sonra BFB) arasında  Listinq Məsləhət Proqramı çərçivəsində tərəfdaşlıq memorandumu imzalandı. Bu tərəfdaşlıqla yanaşı ABB-İnvest “BOKT Embafinans” QSC-nin (bundan sonra Embafinans) istiqraz buraxılışında anderraytinq xidməti göstərməklə özünün ilk anderraytinq xidmətini reallaşdırmış oldu. Kapital bazarları üzrə 2021-ci ilin mühüm hadisələrindən biri olan ABB-İnvest şirkətinin ilk anderraytinq xidməti vasitəsilə Embafinansın mütəşəkkil kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə BFB “Açılış Zəngi” mərasimi keçirilmişdir. Belə ki, Azərbaycanın qeyri-neft sektorundan olan Embafinansın istiqraz buraxılışı həyata keçirməsi yerli mütəşəkkil kapital bazarlarının inkişafı üçün xüsusi önəm daşıyır. 

Açılış mərasimində emitent tərəfindən Embafinans, birja üzvü tərəfindən ABB-İnvest investisiya şirkəti və BFB-nin nümayəndələri iştirak etmişdir. BFB-nin İdarə Heyətinin Sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək Embafinansın birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi. Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ilkin ticarətinə başlanılmışdır. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment