1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank müştərisi kartında saxladığı və xərclədiyi vəsaitə daha yüksək gəlir qazanacaq
16.06.2021

Unibank yeni strategiyası çərçivəsində nağdsız ödənişlərin həcminin artırılması istiqamətində daha bir yenilik edib. Müştəri məmnuniyyətini artırmaq və nağdsız ödənişləri stimullaşdırmaq üçün iyunun əvvəlindən nağdsız ödənişlərdə daha yüksək cashback və kart hesab qalığına daha yüksək faiz sistemi tətbiq olunur. Yeni sistemlə “Unibank”ın kredit və debet kartı ilə alış-veriş edənlər, eləcə də öz vəsaitini debet kartda saxlayan müştərilər illik 5%-dək əlavə gəlir qazanmaq imkanı əldə edirlər (https://www.youtube.com/watch?v=llPiDKv3hBg).

Hər ay qazanılan cashback vəsaiti və yaxud kart qalığına hesablanmış əlavə faizlər növbəti ayın ilk günü müştərinin kart hesabına köçürülür. Şərtlər haqda ətraflı bankın saytından (https://unibank.az/cards/goto?language=az&name=cashback) öyrənmək mümkündür. 

Bazardakı bank kartlarının müqayisəsi göstərib ki, Unibank kartları ən çox qazandıran kart məhsullarındandır. Son 1 ildə Unibank müştəriləri 1 milyon manatdan çox cashback, kart qalığına isə 1,2 milyon manatdan çox vəsait qazanıblar.

Unibank hazırda yüz minlərlə ödəniş kartı ilə müştərilərinin xidmətindədir. Kart sahibləri asanlıqla və çox rahat, təhlükəsiz şəkildə öz kartları ilə alış-veriş edə bilirlər. Bank kartlarına xidmətin “Unibank”ın öz Kart Prosessinq Mərkəzinə köçürülməsi, kart istifadəçilərinə bir çox üstünlüklər qazandırıb. Bank kartlarının "Unibank"ın öz Prosessinq Mərkəzi tərəfindən idarə edilməsi, ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv olmasına imkan verir. Prosessinq mərkəzi "Unibank"ın yüz minlərlə kart müştərisinin istəklərinə cavab verən çeşidli, innovativ məhsullar və geniş xidmət təqdim etməkdədir. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-Sənin Bankın!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment