1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda Onlayn Avropa Film Festivalı başlayır!
14.06.2021

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqına Üzv Dövlətlərin Azərbaycanda akkreditasiya olunmuş səfirlikləri Cineuropa ilə əməkdaşlıqda ilk onlayn Avropa Film Festivalını təşkil edəcək. Avropa Film Festivalı virtual formatda 14-29 iyun 2021-ci il tarixlərində davam edəcək.

Festivalda 13 Avropa İttifaqı ölkəsindən (Belçika, Çexiya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Lüksemburq, Polşa, Rumıniya, İspaniya) və Serbiyadan 10 filmin nümayişi keçiriləcək. Filmlərin əksəriyyəti bir neçə ölkənin ortaq işbirliyidir.

“Bu il festivalımız ilk dəfə onlayn formatda təşkil olunur ki, bu da Avropa kinematoqrafiyasını təkcə Bakıda deyil, həm də bütün Azərbaycan tamaşaçıları üçün daha da yaxın və əlçatan edir. Filmlər hekayələr izah etmək, duyğuları ifadə etmək və fikirləri hərəkətə gətirmək gücünə sahibdir. Bu festivalla Avropa mədəniyyətinə dair daha çox məlumat verəcəyimizə və Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəniyyətlərarası anlaşma mesajını yayacağımıza ümid edirik,” Avropa İttifaqının Azərbaycandakı səfiri Kəstutis Jankauskas

Qeyd edək ki, filmlərin əksəriyyəti nüfuzlu beynəlxalq film festivallarının qalibləridir.  “Oleg” , “Fire will come”, “Our Struggles” - Kann Festivalı; “Audition” - Toronto Film Festivalı və San Sebastian Müsabiqəsi; "Acasa my Home" - Sundance 2020 Dünya Sənədli Film Müsabiqəsi və Sarayevo 2020 Sənədli Film Müsabiqəsi, "Aurora" - Edinburq Beynəlxalq Film Festivalı və digərləri.

Festival proqramına 17 iyun saat 15.00-da macar kinorejissor Gabor Reisz ilə görüş də daxildir. O, 2015-ci ildə Kann Festivalının Rezidensiya proqramına dəvət edilmişdi ki, orada “Bad Poems” filmini yaratmışdı ki, indi film Festivalın proqramına daxildir. Film 2019-cu ildə Macarıstan Film Həftəsində “ən yaxşı film” və “ən yaxşı rejissor” mükafatlarına layiq görülmüşdü. 

24 iyun tarixində Azərbaycan auditoriyası beynəlxalq səviyyəli kurator, mühazirəçi və media eksperti Nikolay Nikitin ilə təqdimat və sual-cavab sessiyasında iştirak etmək şansı qazanacaq. Cənab Nikitin hal-hazırda Praqa Beynəlxalq Film Festivalının bədii rəhbəri və SOFA-nın (School of Film Advancement) direktorudur. Praqada rəhbərliyə başlamazdan əvvəl o, 17 il Berlinale-nin xarici nümayəndəsi olub. Hər iki görüş “Zoom” vasitəsilə Azərbaycan dilinə tərcümə ilə təşkil olunacaq və Avropa İttifaqı Nümayəndəliyinin “Facebook” səhifəsində canlı yayımlanacaq. Tədbirlərə qoşulmaq üçün özünüz və iştirak etmək istədiyiniz görüş haqqında qısa məlumatı Delegation-Azerbaijan@eeas.europa.eu  elektron ünvanına göndərməyiniz xahiş olunur. İştirakçı sayı məhduddur.

Festival filmlərini https://www.festivalscope.com/page/euff-azerbaijan/  platformasından izləyə bilərsiniz. Filmlər orijinal dillərində ingilis, rus və Azərbaycanca altyazı ilə nümayiş olunacaq. Hər filmi Azərbaycandan 400 nəfərə qədər tamaşaçı izləyə bilər. Filmlər digər ölkələr üçün açıq deyil.

Avropa Film Festivalı ilə bağlı son məlumatlar üçün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Facebook səhifəsini https://www.facebook.com/EUDelegationtoAzerbaijan/  izləyin.

Avropa İttifaqı Nümayəndəliyi Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mövcud olan mədəni əlaqələri qurmaq və inkişaf etdirmək, Avropa kino sənayesi vasitəsi ilə Avropa dəyərlərinin daha yaxşı anlaşılmasına töhfə vermək məqsədi ilə 2010-cu ildən bəri hər il Avropa Film Festivallarını təşkil edir. Avropa Film Festivalları çərçivəsində indiyə qədər 148 film nümayiş olunub və 23 Avropa rejissoru, aktyoru Azərbaycana səfər edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment