1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Florian Zenqstşmid: “Qarabağın azad edilməsi ölkə turizmi üçün yeni fürsətlər yaradıb”
11.06.2021

“Qarabağ bölgəsinin azad edilməsi ölkə turizmi üçün yeni fürsətlər yaradıb” .

Bunu 10-12 iyunda Türkiyənin Bodrum şəhərində keçirilən Qlobal Turizm Forumunda Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

O, çıxışı zamanı işğaldan azad edilmiş torpaqların turizm potensialı haqda danışaraq Qarabağda turizm infrastrukturunun qurulmasının önəmini qeyd edib, eyni zamanda Qarabağın qlobal səviyyədə rəqabətə davamlı və turistlər üçün cəlbedici destinasiyaya çevriləcəyini bildirib.

Florian Zenqstşmid çıxışında, həmçinin ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı cari vəziyyət, vaksinasiya prosesi, turizmin bərpa planı, Formula 1 və AVRO-2020 futbol oyunları kimi Azərbaycanda keçirilən beynəlxalq tədbirlərlə bağlı da danışıb.

Forumda çərçivəsində F.Zenqstşmidlə müxtəlif ölkələrdən olan turizm rəsmiləri və mütəxəssisləri arasında ikitərəfli görüşlər keçirilib.

Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nadir Alpaslanla görüşdə F. Zenqstşmid iyun ayı ərzində Bakıda baş tutacaq UEFA-nın AVRO-2020 oyunları zamanı Bakıda çıxış edəcək Türkiyə millisinə uğurlar arzulayıb.

Qeyd edək ki, baş ofisi Londonda yerləşən Dünya Turizm Forumu İnstitutunun (World Tourism Forum Institute) təşəbbüsü olaraq hər il keçirilən Qlobal Turizm Forumu turizm sənayesi üzrə beynəlxalq əməkdaşlıq platforması rolunu oynayır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment