1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün kampaniya
08.06.2021

Daim iş adamlarına faydalı olmağa çalışan Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlar üçün yeni kampaniyaya başlayıb. Bankın elan etdiyi kampaniya “Sahibkarlara faydalı” adlanır. Kampaniya müddətində Bankın xidmət və məhsullarından yeni istifadə etməyə başlayan sahibkarlara SahibKart, Business/Korporativ kartı və əməkhaqqı kartları hədiyyə olaraq pulsuz veriləcək. 

Bundan başqa, Bankdan biznes krediti alan şirkət rəhbərlərinə, yaxud fərdi sahibkarlara TamKart Classic hədiyyə edilir, TamKart Gold, Platinum və Premium kartları isə 50% endirimlə təklif olunur.

Kredit məbləğindən asılı olaraq sahibkarlar Azərbaycan Beynəlxalq Bankından hədiyyə IBA Miles və ya Azercell kobrend kartı əldə etmək, yaxud bu kartları 50% endirimlə almaq fürsəti də qazanırlar.

Standart tarifə uyğun gələn müştərilərin ticarət və xidmət məkanlarındakı POS-terminallarda və ya onların veb resurslarında “Azericard” prosessinq mərkəzi tərəfindən xidmət göstərilən bank kartları ilə qəbul edilmiş ödənişlər zamanı 50%-dək komissiya güzəşti edilir. Kampaniya dövründə kreditin rəsmiləşdirilməsində isə müştərilər komissiyada – 50%-dək endirim güzəşti və 12 ayadək güzəşt müddəti qazanırlar. Kampaniya 30 iyun 2021-ci il tarixinə qədər keçərlidir. Bu barədə daha ətraflı

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment