1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


193 fermer AKİA dəstəyi ilə “AccessBank”dan kredit alıb
08.06.2021

“AccessBank” fermerlərə dəstək olmaqda davam edir. Bankın Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə tərəfdaşlığının nəticəsi olaraq, bu ilin ilk 5 ayı ərzində 193  sahibkar dövlətin aqrar sahəyə verdiyi güzəştli  mikrokreditlərdən faydalana bilib. “AccessBank” cari dönəmdə dövlət xətti ilə fermerlərə 1 milyon 996 min AZN həcmində kredit verib. Lənkəran, Bərdə, Mingəçevir, Gəncə və Şəki sahibkarları bu kreditin alınmasında daha fəal iştirak ediblər. Sahibkarlar əsasən heyvandarlıq sahəsinin inkişafı üçün müraciət ediblər.   

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2020-ci il tarixli fərmanı ilə aqrar sahənin maliyyələşdirilməsində yeni mərhələ başlayıb. Bu dönəmdən sonra fermerlərə bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün 15.000 AZN-dək mikrokredit vermək imkanı yaradılıb. 

Aqro kreditlər haqqında ətraflı məlumat əldə etmək üçün:  

https://www.accessbank.az/az/business/loans/alda-loans/

Fermerlər təklif olunan kredit haqqında məlumat əldə etmək üçün həmçinin “AccessBank”ın 151 Məlumat Mərkəzi ilə əlaqə saxlaya və ya bankın filiallarına  yaxınlaşa bilərlər. 

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik bizneslərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü regionlarda olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.  

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment