1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


2-ci Regional Hakatona qeydiyyat başlandı!
04.06.2021

Ölkəmizdə innovasiya ekosisteminin inkişafı məqsədilə ardıcıl layihələr reallaşdıran Azərbaycan Beynəlxalq  Bankı 2-ci Regional Hakatonunda iştirak üçün müraciət qəbulunun başlandığını elan edib. Hakaton 02-04 iyul tarixlərində keçiriləcək. Bank tədbiri özünün ABB İnnovasiya Mərkəzi ilə birgə təşkil edir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Hakatonun strateji tərəfdaşıdır.

Bu Hakaton Bankın ötən ilin əvvəlində keçirdiyi analoji tədbirin davamıdır. 2-ci ABB Regional Hakatonunun əsas istiqamətləri pərakəndə xidmətlər üzrə açıq innovasiyalar, müştəri məmnuniyyəti və loyallıq həlləri ilə bağlı olacaq. 

Pandemiya şəraitini nəzərə alaraq tədbir onlayn formatda keçiriləcək. Proqramçılar, data analitiklər, dizaynerlər, sahibkarlar, menecerlər, ümumən maliyyə sahəsində innovativ həllərə maraq göstərən hər kəs 2-ci Regional Hakatonuna qoşula bilər. 

İştirakçılar təşkilatçı tərəfin formalaşdırdığı komandalarda çalışacaqlar. Digər komanda yoldaşları ilə birgə mövcud problemlərə kreativ həllər taparaq layihələrini münsiflərə təqdim edəcəklər. Komandalara bir neçə mövzu təklifi olacaq. Bununla belə iştirakçılar özləri də əsas istiqamətləri nəzərə almaqla müstəqil şəkildə təşəbbüslər irəli sürə bilərlər. 

Komandalara kömək üçün onlarla dünyanın müxtəlif ölkələrindən cəlb edilmiş peşəkar mentorlar çalışacaq. Mentorlar da, Regional Hakatona metodoloji dəstək verən təşkilati komanda da startap quruculuğu sahəsində beynəlxalq təcrübəyə malik mütəxəssislərdən ibarətdir. 

Hakaton iştirakçılarına öz layihələrinin prototipini hazırlamaqdan ötrü 48 saat vaxt veriləcək. Ən yaxşı layihələr mükafatlandırılacaq. 1-ci yerin  qalibi üçün 3000, 2-ci yerin qalibi üçün 2000, 3-cü yerin qalibi üçün 1000 manat məbləğində mükafat nəzərdə tutulub. Xüsusi seçilmiş layihələrə strateji partnyor olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən də mükafatların verilməsi nəzərdə tutulub. 

İştirakçı irəli sürdüyü ideyanın pərakəndə xidmətlər sahəsinə gələcək faydalarını göstərə bilsə, təşkilatçı tərəf ideyanın həyata keçirilməsinə dəstək verəcək. Layihələrin ABB İnnovasiya Mərkəzində inkubasiyasına şərait yaradılacaq. Seçilmiş layihələrin müəllifləri layihələrini Azərbaycan Beynəlxalq Bankı ilə birgə reallaşdırmaq imkanı qazanacaqlar. 

Obyektivlik prinsipinin tam qorunması üçün Azərbaycan Beynəlxalq Bankının və bankın törəmə müəssisələri olan “Azericard” prosessinq mərkəzinin, “ABB-Moskva”nın, “ABB İnvest” şirkətinin əməkdaşları Regional Hakatonda iştirak etmir. Ətraflı məlumat və qeydiyyat üçün: https://abbhackathon.com

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment