1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Visa Kristina Doroşu Mərkəzi Asiya və Azərbaycan üzrə yeni vitse-prezident və regional menecer kimi salamlayır
02.06.2021

Öz yeni rolunda Kristina Doroş yeni yaradılmış Mərkəzi Asiya və Azərbaycan klasterində electron ödənişlərin həcminin genişləndirilməsinə fokuslanaraq Visa-nın banklara, ticarətçilərə və kart sahiblərinə verdiyi dəyəri artırmaq üçün çalışacaq

 Bu gün Visa Kristina Doroşun Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezident və regional menecer vəzifəsinə yüksəldilməsini elan etdi. Yeni texnologiyaların və tənzimləyici mühitin əhəmiyyətli transformasiyasını nəzərə alaraq, Visa Qafqaz və Mərkəzi Asiyada klaster strukturunu dəyişərək Mərkəzi Asiya və Azərbaycan regionunun rəhbərini vitse-prezident vəzifəsinə yüksəltdi. 

Öz yeni rolunda Krisitina Doroş yeni yaradılmış Mərkəzi Asiya və Azərbaycan klasterində electron ödənişlərin həcminin genişləndirilməsini diqqət mərkəzində tutaraq Visa-nın banklara, ticarətçilərə və kart sahiblərinə verdiyi dəyəri artırmaq üçün çalışacaq. Bu təyinat x-m Doroşun olduqca uğurlu fəaliyyət göstəricilərinin və peşəkarlığının şirkət tərəfindən layiqincə qiymətləndirilməsinin nəticəsidir. Kristina komanda inkişafını dəstəkləyən, əməkdaşlara qiymət vermə mədəniyyətini təşviq edən ruhlandırıcı lider və mentordur. 

“Kristina Doroşun vitse-prezident, Mərkəzi Asiya və Azərbaycan üzrə rəhbər vəzifəsinə yüksəlməsinə çox sevinirik. Müstəsna liderlik bacarıqları və geniş fəaliyyət coğrafiyasına malik olan Kristina xanımın şirkət daxilində peşəkar artımı onun işə can yandırmasının layiqincə qiymətləndirilməsi ilə yanaşı, Visa-nın MDB CŞA regionunda müxtəlifliyə və qadınların səlahiyyətləndirilməsinə önəm verdiyinə işarə edir. Tam əminəm ki, Kristina komandamıza rəhbərlik etmək və müştərilərimizə dəstək göstərmək vəzifələrinin öhdəsindən mükəmməl gələrək Mərkəzi Asiya dövlətlərində və Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsinə mühüm töhfə verəcək,” – Visa-nın MDB və Cənub Şərqi Avropa ölkələrində böyük vitse-prezidenti və baş meneceri Vira Platonova söylədi. 

Son beş ildə x-m Doroş Visa-nın Həllər və Bizneş İnkişafı departamentlərində müxtəlif vəzifələrdə çalışıb. Əsas debit, kredit və premium məhsullarla yanaşı, Kristina həmçinin gələcək ödəmələrin artımı üçün həlledici olan loyallıq həllərinin inkişafı və kommersiya kartları istiqamətini idarə edib. 2019 ildə o, MDB CŞA böyük regionu daxilində yeni yaradılmış Qafqaz üzrə regional menecer vəzifəsinə təyin olunub. Bu gündən etibarən isə x-m Doroş Almatıda yerləşərək Mərkəzi Asiya dövlətləri (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan) və Azərbaycanda Visa-nın fəaliyyətini idarə edəcək.

“Qafqaz regionunda işə sadiq peşakarlardan ibarət komandaya rəhbərlik etməkdən sonra Mərkəzi Asiya və Azərbaycanda Visa-nın fəaliyyətini yönləndirmək mənim üçün böyük şərəfdir. Bu təyinat müştərilərimiz və tərəfdaşlarımız üçün daha böyük dəyər yaratmaq, regionda rəqəmsal iqtisadiyyata keçidə töhfə vermək üçün olduqca həyəcanlı və çağırışlı bir fürsətdir. Tənzimləyici qurumlar, müştərilər və ticarətçi tərəfdaşlarla sıx işləyərək regionda texnoloji təsirimizin genişləndirilməsi mənim üçün çox önəmlidir və mən bu işə qoşulmaq imkanını səbirsizliklə gözləyirəm,” – deyərək Kristina Doroş qeyd etdi.        

###

Visa korporasiyası haqqında məlumat

 Visa Inc. (NYSE: V)  rəqəmsal ödənişlərdə dünya lideridir. Missiyamız ən innovativ, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçılar, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanları təmin etməkdir. Bizim ən qabaqcıl qlobal texnoloji şəbəkəmiz olan VisaNet bütün dünyada ödənişlərin etibarlı və təhlükəsiz şəkildə həyata keçirilməsinə imkan verir, və saniyədə 65 000-dən çox əməliyyat emal etmək iqtidarındadır. Visa şirkətinin innovasiyalara davamlı fokusu “connected commerce”, yəni bağlantılı ticarətin sürətli artımı üçün katalizator rolunu oynayır: şəbəkəyə qoşulmuş istənilən bir cihaz ödəniş həyata keçirə bilərsə, bu hamı üçün və hər yerdə nağdsız gələcəyi yaxınlaşdırır. Analoq texnologiyalarından rəqəmsal sistemlərə keçid baş verdikcə, Visa öz brendi, məhsulları, mütəxəssisləri, şəbəkəsi və miqyasından istifadə edərək ticarətin transformasiyasına nail olur. Əlavə məlumat üçün: usa.visa.com/about-visa, www.visa.com.az, https://www.facebook.com/visaazerbaijan.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment