8 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104005878 ISIN-li, 10 mln. manat həcmində, 360 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 91.0451 AZN (9.9722%) və 95.8408 AZN (4.4000%) olan 19 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.8408 AZN (4.4000%), orta ölçülmüş qiyməti 95.8408 AZN (4.4000%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 60,536,600.00 manat yerləşdirilmiş həcmi isə 15 000 000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 3 may 2022-ci il.
Hərrac iştirakçıları 16 may 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.