1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Avropa İttifaqının Azərbaycanda regionların inkişafına dəstəyi barərədə təqdimat keçirilib
08.05.2021

"Kəndimiz" kampaniyası çərçivəsində Avropa İttifaqının Azərbaycanda regionların inkişafına dəstəyi barərədə təqdimat keçirilib

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Azərbaycanda kənd yerləri və regionların inkişafına göstərilən dəstək barədə media nümayəndələri üçün 7 may saat 15:00-da onlayn formatda təqdimat keçirilmişdir. Təqdimat "Kəndimiz" kampaniyası çərçivəsində baş tutmuşdur.  

Avropa İttifaqının Azərbaycandakı Səfiri cənab Kəstutis Yankauskas, “Kəndimiz” kampaniyasında yer almış layihələrin nümayəndələri öz benefisiarları ilə təqdimatda iştirak etmişdir. 

Aİ Nümayəndəliyinin Rəhbəri c-b Yankauskas demişdir: “Bu gün Avropa İttifaqının Azərbaycanda maliyyələşdirdiyi və növbəti illərdə də davam edəcək müxtəlif əməkdaşlıq layihələrinin yalnız bir hissəsi olan bir neçə layihəni təqdim etmək üçün seçmişik. Biz, xüsusi olaraq, kənd və rayonlara aid layihələri seçmişik, çünki dayanıqlı inkişafa nail olmaq, kənd və rayonların paytaxt Bakı kimi səfalı və inkişaf etmiş olması üçün bu çox vacibdir”.    

Aİ-nın regionların və kənd yerlərinin inkişafı ilə bağlı fəaliyyəti və layihələri barədə qısa təqdimatdan sonra Nümayəndəliyin əməkdaşları, layihə rəhbərləri, eləcə də benefisiarlarla sual-cavab sessiyası keçirilmişdir. Təqdimat Nümayəndəliyin və layihələrin Facebook səhifələrində canlı yayımlanmışdır.

Ümumilikdə, kampaniyaya cəlb olunmuş altı layihədən dördü təqdimatda iştirak etmişdir: Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Kür-Araz regionlarını əhatə edən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA), “Azərbaycanın Şimal-Qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafı”, “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” və Böyük Qafqazın dağlıq ərazilərində icma əsaslı dəyər zəncirinin genişləndirilməsi layihəsi.

Qeyd edək ki, 27 aprel-7 May tarixlərində keçirilmiş “Kəndimiz” kampaniyası çərçivəsində regionların və kənd yerlərinin inkişafı istiqamətində həyata keçirilən layihələrin fəaliyyəti ilə bağlı fotoşəkillər, video materiallar,  məqalələr, infoqrafik məlumatlar, uğur hekayələri və s. Nümayəndəliyin və layihələrin sosial media şəbəkələrində (Facebook və İnstagram EUDelegationtoAzerbaijan) paylaşılmış, eləcə də Nümayəndəliyin https://eu4azerbaijan.eu/my-village/ internet səhifəsində yerləşdirilmişdir.  

Kampaniyanın məqsədi Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına töhfə verən, regionlarda yaşayanlar üçün yeni iş imkanlarının yaradılmasını, mikrosahibkarlığı, kiçik ailə biznesini dəstəkləyən, yerli biomüxtəlifliyi qorunmasına yönələn və s. istiqamətlərdə görülən işlər barədə məlumatlandırmanı artırmaqdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment