1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


VTB (Azərbaycan) işsizlərə baza xidmətləri paketini pulsuz təqdim edəcək
07.05.2021

VTB (Azərbaycan) Dövlət məşğulluq xidmətində işsiz kimi qeydiyyata alınan vətəndaşlara pulsuz debet ödəniş kartını və bankın rəqəmsal xidmətlərinə qoşulmağı təklif edir. Pulsuz baza xidmətləri paketi çərçivəsində müştərilər ay ərzində yaşayış minimumu həcmində cari hesaba bağlı ödəniş kartına mədaxil etmək imkanına malikdirlər. Onlar həmçinin VTB (Azərbaycan) və tərəfdaş bankomatlarda vəsaiti nağdılaşdıra, eləcə də yaşayış minimumu həcmində vəsaiti kartdan karta köçürə bilər.  

Müştərilər müxtəlif bank əməliyyatlarını distant şəkildə internet- və mobil bank və ya Facebook və WhatsApp mesencerlərindəki çat-bank Direct vasitəsilə həyata keçirə bilərlər. 

Həmçinin onlar üçün SMS-xəbərdarlıq və debet kartla bağlı cari hesabdan aparılan əməliyyatlar üzrə elektron çıxarışın verilməsi də ödənişsizdir. 

“Müasir bank xidmətlərini, o cümlədən distant xidmətləri əhali üçün əlçatan etmək – bank VTB (Azərbaycan)-ın strateji istiqamətidir. Pulsuz baza xidmətlər paketi əhalinin aztəminatlı qrupunun maliyyə alətlərinə çıxış imkanları genişləndirir və ölkədə elektron ödənişlərin payının artmasına səbəb olur” – deyə, bank VTB (Azərbaycan)-ın Pərakəndə biznesin inkişafı departamentinin direktoru Yevgeni Borodin bildirib. 

Baza bank xidmətləri paketindən istifadə etmək üçün vətəndaşlar Dövlət məşğulluq xidmətində işsiz kimi qeydiyyata alınması barədə arayışı banka təqdim etməlidirlər.

Təklif Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsinə dair dövlət proqramı çərçivəsində reallaşır.

 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment