1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“AccessBank”da yeni təyinat: Tural Feyzullayev Hüquq və Komplayens departamentinin rəhbəri təyin olunub
07.05.2021

Bu gündən etibarən Tural Feyzullayev “AccessBankda” Hüquq və Komplayens departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayır. 

Cənab Feyzullayev hüquq karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. Daha sonra fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirərək müxtəlif vəzifələrdə işləyib. “AccessBank”da fəaliyyətə başlamazdan əvvəl Azərbaycan Respublikasının Mərkəzi Bankında Hüquq departamentinin direktor müavini - Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində çalışıb.

Tural Feyzullayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavr və Fransada Tuluz Universitetində Beynəlxalq Biznes Hüququ üzrə magistr dərəcələri alıb. 

12.11.2018-ci il tarixində Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. 

Azərbaycan, ingilis və fransız dillərini bilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment