|
|
|
Banklar | | | Azərbaycan Beynəlxalq Bankı ilə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb |
06.05.2021 | |
| |
Memorandumun əsas məqsədi Bankın sahibkar müştərilərinin iqtisadiyyat, hüquq, maliyyə, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ixtisas biliklərinin yüksəldilməsidir.
Birgə əməkdaşlıq çərçivəsində tədris, təlim materiallarının qarşılıqlı mübadiləsi həyata keçiriləcək. Bankın yaratdığı və iş adamlarının işgüzar əməkdaşlıq platforması olan Sahibkarlar Klubunun üzvləri üçün vergi sahəsində müxtəlif təlimlər, elmi-praktik konfranslar, seminar və digər tədbirlər keçiriləcək. Eləcə də tədris-metodiki vəsaitlər hazırlanacaq.
Ətraflı: https://bit.ly/3vHXS3a
|
|
|
|