1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


BMT İnkişaf Proqramı ilə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
05.05.2021

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT İnkişaf Proqramının (UNDP) Azərbaycan Respublikasındakı Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

Mikayıl Cabbarov Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini, bir sıra sənədlərin imzalandığını və birgə layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Bu il martın 1-də BMT və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalandığını xatırladan iqtisadiyyat naziri sənədin ölkəmizdə aparılan sosial-iqtisadi islahatlara, Milli Prioritetlərə uyğun inkişaf hədəflərinə nail olmağa və Davamlı İnkişaf Məqsədlərinin (DİM) icrasına töhfə verəcəyini bildirib.

Görüşdə pandemiyanın iqtisadiyyata mənfi təsirlərinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökumətinin həyata keçirdiyi tədbirlər barədə məlumat verilib, UNDP-nin  bu istiqamətdə dəstəyinin yüksək qiymətləndirildiyi vurğulanıb. Qeyd edilib ki, UNDP 2020-2021-ci illərdə koronavirusun Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOB) təsirinin qiymətləndirilməsi ilə bağlı sorğular keçirib, pandemiya və müharibə nəticələrinin aradan qaldırılması istiqamətində KOB üçün rəqabət paketinin hazırlanmasına dəstəyini təklif edib.

BMT İnkişaf Proqramının Azərbaycan Respublikasındakı Rezident Nümayəndəsi Alessandro Frakassetti təmsil etdiyi qurumun ölkəmizlə bir sıra sahələr üzrə səmərəli əməkdaşlığını diqqətə çatdırıb, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin həyata keçirilməsi prosesinə UNDP tərəfindən dəstək göstərilməsinin planlaşdırıldığını bildirib.

Görüşdə pandemiyanın mənfi təsirlərinin aradan qaldırılması tədbirləri, DİM-ə nail olmaq istiqamətində görülən işlər və s. məsələlər müzakirə olunub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment