1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Rabitəbank”dan ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı maarifləndirici animasiya
05.05.2021

Paylaşmaq gözəldir - bizə həmişə belə öyrədilib. Lakin eynisini kart məlumatları haqqında söyləmək qeyri-mümkündür. Ödəniş kartları məlumatlarının kənar şəxsə ötürülməsi maliyyə təhlükəsizliyimiz üçün ciddi təhlükədir. Kart məlumatlarının təhlükəsizliyi həm bankın, həm də kart sahibinin müştərək riayət eləməli olduğu qaydalardır. 



Pandemiya ilə əlaqədar son 1 ildə həm ödəniş kartlarının sayında, həm də nağdsız ödənişlərdə xeyli artım olub. Nağdsız ödənişlərin çox olması fırıldaqçılıq hallarının da artması ilə nəticələnib. Xüsusən onlayn ödəmə əməliyyatlarının vüsət aldığı dövrdə müştərinin hesabındakı vəsaitləri kibercinayətkarlıq hallarından qorumaq gündəm mövzudur. 



“Rabitəbank”ın kart təhlükəsizliyi mövzusunda hazırladığı animasiya dələduzluq hallarından qorunmaq üçün təxirəsalınmaz qaydalarla tanış edir. Xoşagəlməz hallarla qarşılaşmamaq üçün qaydalar çox sadədir - kart məlumatları heç kimlə paylaşılmamalıdır! Kart məlumatı yalnız 4 rəqəmli PİN kodu məxfi saxlamaqla məhdudlaşmayıb. Elə məlumatlar var ki, onu hətta müştərisi olduğunuz bank belə soruşmur. “Rabitəbank” bununla yanaşı, müasir kiberdələduzlarının istifadə etdiyi fırıldaq üsullar haqqında da sözügedən animasiyada məlumat əks etdirib. Daha ətraflı informasiya ilə animasiyanı izləyərək tanış ola bilərsiniz.

 Link - Kart təhlükəsizliyi

Kartınızın təhlükədə olması ilə bağlı şübhəli hallarda “Rabitəbank”ın İnternet Bankçılıq, “Rabita Mobile” tətbiqi, “RabitaBot” çatbotu kimi rəqəmsal məhsulları sizə kömək etməyə hazırdır. Unutmayın ki, kiçik məqamlara diqqət etməklə gözlənilməz maliyyə itkilərinin qarşısını almaq mümkündür.

 "Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment