1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Turizm Agentliyi “Mymenu.az” layihəsinə start verib
03.05.2021

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə regionlarda yerləşən ictimai iaşə obyektlərinin xidmət keyfiyyətini artırmaq, restoran işinin təşkili ilə yanaşı, müştəri xidmətlərinin düzgün qurulmasını təmin etmək və iaşə obyektlərini standartlara uyğun menyularla təchiz etmək məqsədilə “Mymenu.az” adlı layihəyə start verilib.

Layihə çərçivəsində hazırlanmış “Mymenu.az” onlayn platforması iaşə obyektləri və onlar tərəfindən göstərilən xidmətlər haqqında ətraflı məlumatlar təqdim etməklə yanaşı, turistlərə düzgün məlumatların verilməsi, restoran və digər iaşə obyektlərinin xidmət keyfiyyətlərinin artırılmasına xidmət edir.

Layihənin əsas istiqamətləri regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində təqdim olunan menyuların standartlara uyğunlaşdırılaraq bir neçə dildə tərtibatı və daha əlçatan olması üçün QR texnologiyasına əlavə edilməsi, ictimai iaşə obyektlərinə menyu tərtibatı və xidmətlər təşkili üzrə təlimlərin təşkilindən ibarətdir.

İlkin mərhələdə layihənin şimal, şimal-qərb, cənub və qərb marşrutları üzrə həyata keçirilməsi planlaşdırılır.

“Mymenu.az” layihəsi paytaxt, eləcə də regionlarda fəaliyyət göstərən iaşə obyektləri haqqında məlumatların onlayn platforma vasitəsilə əldə edilməsinə, ikili menyu hallarının azaldılmasına və xarici turistlərin regionlara səfərlərinin asanlaşdırılması məqsədilə fərqli dillərdə menyuların hazırlanmasına xidmət edəcək.

Qeyd edək ki, layihədə iştirak etmək istəyən hər bir ictimai iaşə obyektinin (restoran, kofeşop və çay evləri, bar və pub, əyləncə mərkəzləri və klublar, hamam-spa, idman-oyun mərkəzləri və s.) sahibkarları və ya menecerləri “Mymenu.az” platformasında qeydiyyatdan keçərək şəxsi kabinet yarada, öz iaşə obyektləri haqqında ətraflı məlumatlar dərc edə, ödənişsiz olaraq hazır şablonlar üzərində rahatlıqla menyular hazırlaya və QR kod yarada bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment