1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr olunub
03.05.2021

“Mədəniyyət/Culture” jurnalı mart-aprel sayı ilə qarşınızdadır, əziz oxucular. 

Bu sayın Zəfərli Novruz əhvali-ruhiyyəsi  üz qabığından başlayaraq bütün kontentdə özünü göstərir. Ölkə Prezidentinin bayram müraciəti ilə başlayan dərgi Mədəniyyət nazirinin Novruz təbriki və daha sonra nazirliyin postmüharibə dövrünün fəaliyyətini əks etdirən ən vacib xəbərlərlə davam edir. Zəfər Muzeyinin inşası və nazirliyin vətənpərvərlik mövzusunda müsabiqəsinin qalibi Akif Azalpın müəllifi olduğu “Şəhid türküsü” şeiri şəhidlərimizin müqəddəs ruhuna həm də redaksiyanın ehtiramı kimi səslənir.

Bu sayımızda “Yaşat” Fondunun son  məlumatları yer alıb - onları ASAN xidmətin mətbuat katibi Elnur Niftəliyevin qələmindən oxuyuruq. 

Layihələrimizdən “Mədəniyyətdən Əbədiyyətə...“ Qobustan Uşaq İncəsənət Məktəbinin şəhid müəllimi Rauf Əliyevə; “Səhnədən hərb meydanına...“ isə Bakı Uşaq və Gənclər Teatrının aktyorları Qurban Əhmədov və Röyal Allahverdiyev, Akademik Opera və Balet Teatrının əməkdaşı Altun Qaracayevə həsr olunub. Şövkər Səlimovun qələmə aldığı “İçərişəhərin şəhid Fəridi” məqaləsində Vətən uğrunda canından keçən igidimiz Fərid Əliyevin ömür və döyüş yolundan danışılır. 

Mədəniyyət Nazirliyinin bu dövrə qədərki “Nizami ilinə töhfələr”i ilə də tanış oluruq bu sayda...  İstedadlı alimimiz, mövzuya hakim olan  f.d. Akif Azalpın “Nizami və Nəvai” məqaləsi də redaksiyanın bu ilə daha bir töhfəsidir .

“Nəriman Həsənzadə - 90: İnsanlıqda şair, şairlikdə insan” müsahibəsi Xalq şairimizin əməkdaşımız Qurban Cəbrayılla səmimi söhbətidir.

Bu günün uzaqlığından bəzən şairlərimizin erkən çağlarına da dönmək lazım gəlir, necə ki, alimlərimizdən Yaşar Qasımbəyli nakam şairimiz Əli Kərimin yaradıcılığına nəzər salıb.

“Musiqi”də, hamını narahat edən üzdəniraq qonşularımızın bizdən oğurladıqları təsniflərin tarixçəsindən bəhs olunur. 

“Teatr” rubrikası iki yazı ilə rövnəqlənib: professor İlham Rəhimlinin “Bitdi qürbət həsrəti” Ağdam teatrının dönüşündən və Samirə Behbudqızının tərcüməsində məşhur Jan Lui Barronun Teatr haqqında düşüncələrindən... 

“Rəngkarlıq” monumentalçı rəssam Oqtay Şıxəliyevin zəngin irsinə bir pəncərədir.

Artıq daimi müəllifimizə çevrilən Türkiyədə yaşayan həmkarımız İbrahim Nəbioğlu yarımçıq və natamamın fəlsəfəsindən bəhs edir “Düşüncələr”də...

“Uzaqdakı yaxınlar”da Yavər Nemətli  bu dəfə artıq konyalı həmyerlimiz Aynur Elxan Nayiri Vətənlə qovuşdurub.

Mədəni irsimizin ən vacib mövzusu hər zaman Qarabaq, onun mədəni irsi, abidələri , təbiəti, turizm potensialı və möhtəşəm Zəfərimizdir!

 “Elm” rubrikamız isə hər zaman olduğu kimi, Azərbaycanın elmi potensialının göstəricisi olaraq qalır.

Ümid edirik ki, marağınızdayıq!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment