1 USD 1,7    1 EUR 2,0182    1 RUB 0,0220    1 TRY 0,2084    XAU 2955,8240    XAG 42,6868    XPT 2114,5535    XPD 4547,1685   
           
/ Məzənnələr

 

 

 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 













Digər xəbərlər


Birjanın listinqində olan investisiya şirkəti 30% kapital gəliri qazanıb
30.04.2021

Nizamnamə kapitalı 100% "Unibank" Kommersiya Bankı ASC-yə məxsus olan "Unicapital İnvestisiya Şirkəti" ASC 2020-ci ili 520 min manat xalis mənfəətlə başa vurub. Bu, 2019-cu ilə nisbətən 32,4% çoxdur. Səhmdar Cəmiyyət 2018-ci ildə 300 min manat, 2019-cu ildə isə 393 min manat xalis mənfəət əldə etmişdi. 

İnvestisiya şirkətinin aktivləri 2 dəfədən çox artıb.

2020-ci ilin sonuna  "Unicapital"ın aktivləri 13 milyon 39 min manat olub ki, bu da 2019-cu il illə müqayisədə 2,2 dəfə artım deməkdir. 

Ümümi Kapitala gəlirlilik (ROE) – 30,8%

Şirkətin maliyyə hesabatına görə, ötən il "Unicapital"ın ümumi kapitalı 36,4% artıraraq 1, 9 milyon manatı ötüb. Birjada standart bazarda listinqdə olan, nominal qiyməti 3 manat dəyərində 100 000 ədəd səhmin hər biri üzrə gəlir 5,2 manat təşkil edib. 2020-ci ilin nəticələrinə görə, Unicapital dövlət büdcəsinə 100 min manatdan çox mənfəət vergisi ödəyib.   

Qeyd edək ki, Unicapital 2007-ci ildən etibarən yerli və beynəlxalq bazarlarda qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin, törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Qiymətli kağızlar bazarında geniş təcrübəyə malik olan investisiya şirkəti, fond bazarının peşəkar iştirakçıları arasında əqdlərin həcmi üzrə aparıcı yer tutmaqda davam edir.

Unicapital İnvestisiya Şirkətinin geniş müştəri bazasına həm fiziki, həm hüquqi şəxslər daxildir. Bazardakı uğurlu təcrübəsinə əsasən, Unicapital Azərbaycan bazarında iştirak etmək istəyən xarici investorlar, həmçinin, beynəlxalq bazarlarda investisiya etmək istəyən fiziki və hüquqi şəxslər üçün etibarlı tərəfdaşdır.

Unicapital hazırda Bakı Fond Birjasının standart listinqinə daxildir. Bu şirkətin şəffaflığının və listinq qaydalarına uyğunluğunun göstəricisidir. Unicapital müştəriləri 1700-dən çox Azərbaycan şirkətinin qiymətli kağızlarına yatırım edərək, gəlir imkanı əldə edir. Həmçinin, Unicapital vasitəsilə 30-dan artıq ölkənin nüfuzlu şirkətlərinin səhmdarı olmaq hər kəs üçün əhəmiyyətli dərəcədə asanlaşır. www.unicapital.az


 


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment