1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ATGA üzv qəbuluna start verdi
27.04.2021

“Turizm sənayesinin təşkilatlanmasına dəstək əsas fəaliyyət istiqamətlərimizdən biridir”

Bunu Dövlət Turizm Agentliyinin Turizm sənayesi və layihələrlə iş sektorunun müdiri Günay Bayramova aprelin 27-də Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasına (Azerbaijan Tourist Guides Association - ATGA) üzvlüyə qəbulla bağlı tədbirdə çıxış edərkən bildirib.

Tədbirdə bələdçiliklə məşğul olan şəxslərin xüsusən SAHMAN layihəsində aktiv iştirak etdikləri və Agentliyin turizm üzrə dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsində hər zaman maraqlı olduğu diqqətə çatdırılıb.

Üzvlüyə qəbul mexanizmlərinin açıqlanması tədbirində ATGA-nın fəaliyyət planları, turizm bələdçiliyi üzrə sertifikatlaşma qaydaları, eləcə də təşkilata üzvlüklə bağlı müraciətin formaları ətraflı şəkildə izah edilib.

Qurumun yeni istifadəyə verilmiş, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən www.atga.az veb-saytındakı bölmələr və onlardan istifadə qaydaları haqda iştirakçılara məlumat verilib.

Bildirilib ki, ATGA-ya üzvlük daimi və tam olmaqla iki növdən ibarət olacaq. Daimi üzvlük rəsmi bələdçilik vəsiqəsi olmayan bələdçilər üçün, tam üzvlük isə Azərbaycan Turizm Bürosu tərəfindən verilmiş rəsmi bələdçilik vəsiqəsi olan şəxslər üçün keçərli olacaq. İlk bir il ödənişsiz olan üzvlüyə müraciət onlayn formada aparılacaq və bunun üçün təşkilatın veb-saytında yer alan “Bizə qoşulun” bölməsindən qeydiyyatdan keçmək tələb olunacaq.

Tədbir çərçivəsində iştirakçıların sualları spikerlər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası 2019-cı ildə yaradılıb və iki il ərzində 190 turizm bələdçisinə təlimlər keçib.

Bakı, Şəki şəhərlərini, Zaqatala-Balakən, Gəncə-Qazax, Quba-Qusar bölgələrini əhatə edən təlimlər HOT (Turizm bələdçilərinin texniki peşə biliklərinin təkmilləşdirilməsi), Bakı üzrə bələdçilik, Qarabağın turizm potensialının ölçülməsi mövzuları üzrə təşkil olunub.

Bundan əlavə, ATGA pandemiya dövründəki çətinliklərlə əlaqədar müəyyən kriteriyalar üzrə 105 bələdçiyə maddi dəstək göstərib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment