1 USD 1,7    1 EUR 2,0182    1 RUB 0,0220    1 TRY 0,2084    XAU 2955,8240    XAG 42,6868    XPT 2114,5535    XPD 4547,1685   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” MMC və “Mərkəzi Klinika” MMC şirkətlərinin elan etdiyi tenderlərin qalibi olub
22.04.2021

Cari ilin ilk rübündə tenderlərdəki qalibiyyəti ilə diqqət mərkəzində olan “PAŞA Sığorta” şirkəti daha iki tenderdə qalib elan edilmişdir. Belə ki,  “Bakı Gəmiqayırma Zavodu” MMC və “Mərkəzi Klinika” MMC şirkətləri elan etdikləri tenderdə  qeyri-həyat sığorta bazarının lideri olan “PAŞA Sığorta”nın zəmanətinə və təminatına üstünlük verib.

“Bakı Gəmiqayırma Zavodu” MMC 2021-2022-ci illər ərzində zavodun əmlakını ortaya çıxa biləcək risklərə qarşı “PAŞA Sığorta”nın təklif etdiyi əmlak sığortası ilə təminat altına alıb.  “Mərkəzi Klinika” MMC isə 2021-ci il üçün klinikanın əmlakının və 3-cü şəxslər qarşısında mülki məsuliyyətinin sığortasını “PAŞA Sığorta”ya həvalə edib.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment