1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in “Kabinetim” mobil tətbiqi 1 mln yüklənməni aşdı
10.04.2021

Lider mobil operatorun təqdim etdiyi unikal xidmət yüklənmə sayına görə ölkə üzrə rekord göstəricilər nümayiş etdirir.  

Abunəçilərə öz nömrəsinə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, tətbiqlərə qoşulmaq imkanı verən Azercell-in “Kabinetim” özünəxidmət tətbiqi getdikcə ölkənin mobil internet məkanında ən rahat və tələb edilən mobil tətbiqə çevrilməkdədir. 

Çox yüksək bir göstəricidir ki, “Kabinetim” mobil tətbiqi 1 milyon yüklənmə nişanını qazandı.

Azərbaycanda ən çox yüklənilən telekommunikasiya tətbiqi kimi qeydə alınan və hazırda 1 milyona yaxın abunəçinin istifadə etdiyi “Kabinetim” mobil tətbiqi bundan öncə də App Store və Playstore statistikası üzrə ən yüksək pillələri nümayiş etdirib.  

Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqində nömrə ilə bağlı əksər əməliyyatların şəxsən abunəçi tərəfindən yerinə yetirilməsi vaxta qənaət etməklə yanaşı, abunəçinin işini asanlaşdırır, onun nömrənin vəziyyəti haqqında daim məlumatlı olmasını təmin edir. Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini App Store, PlayStore və ya Huawei AppGallery-dən ödənişsiz olaraq yükləmək mümkündür. 

Ötən il Azercell-in yeni versiyada təqdim etdiyi “Kabinetim” mobil tətbiqi müxtəlif çeşiddə digər rəqəmsal xidmətlərdən istifadə etməyə şərait yaratdı. "Mobil Ödəmə" xidməti abunəçilərə kommunal, rabitə və bank xidmətlərilə yanaşı, milli orduya və COVİD-19 ilə mübarizə fonduna ianə etmək imkanı da yaratdı. Azercell-in təklif etdiyi müxtəlif məzmunlu rəqəmsal xidmətlərə “Kabinetim” özünəxidmət tətbiqi vasitəsilə asanlıqla abunə olmaq mümkündür. Daha ətraflı məlumat üçün: Kabinetim


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment