1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Bakı Fond Birjası tərəfindən birja üzvləri üçün mükafatlandırma mexanizminin təqbiqinə başlanılır
07.04.2021

“Bakı Fond Birjası” QSC (BFB) tərəfindən kapital bazarında qiymətli kağızların kütləvi təklifinin stimullaşdırılması istiqamətində son illərdə davamlı olaraq tədbirlər həyata keçirilir. Bununla bağlı olaraq, mütəşəkkil qiymətli kağızlar bazarının stabil inkişafını təmin etmək və korporativ qiymətli kağızlar sektorunu canlandırmaq məqsədi ilə BFB-nin Müşahidə Şurasının 2020-ci ildə təsdiqlədiyi “Bakı Fond Birjasının 2021-2023-cü illər üzrə strateji prioriteti və tədbirlər planı” çərçivəsində korporativ qiymətli kağızların ticarətə cəlb edilməsi üçün mükafatlandırma mexanizmləri BFB tərəfindən araşdırılmışdır.

Nəticədə, BFB tərəfindən qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı anderraytinq xidməti göstərən investisiya şirkət(lər)inə BFB tərəfindən aşağıdakı şərtlər əsasında pul mükafatının verilməsinə dair qərar qəbul edilmişdir:

1. Qiymətli kağızlar korporativ emitentlər (İKZF istisna olmaqla) tərəfindən emissiya olunmaqla fond birjasında kütləvi təklif üsulu ilə yerləşdirildikdə aşağıdakı məbləğdə mükafat ödənilir:

1,000,000 – 3,000,000 manat olan səhm emissiyaları üzrə 2,000 manat, istiqraz emissiyası üzrə 1,000 manat mükafat ödənilir;

3,000,000 manatdan çox məbləğdə səhm emissiyası üzrə 5,000 manat, istiqraz emissiyası üzrə 3,000 manat;

Yerləşdirilmiş səhmlər üzrə kumulyativ olmaqla rüblük əsasda 5,000,000 manat və daha çox məbləğdə ticarət həcmi üzrə 1,000 manat.

2. Qeyd edilən mükafat birja üzvünə (üzvlərinə) hər bir emitent üzrə yalnız bir dəfə ödənilir;

3. Qeyd edilən mükafatlar yerləşdirilmiş həcm nəzərə alınmaqla hesablanır;

4. Xarici valyutada buraxılmış korporativ istiqrazlar üzrə həcmlər manat ekvivalentində nəzərə alınmaqla hesablanır.

5. Mükafatlandırma təşəbbüsü 31.12.2021-ci il tarixinədək tətbiq edilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment