1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bank və Deloitte Azərbaycan şirkətinin təşkilatçılığı ilə kiçik və orta sahibkarlığa həsr olunan tədbir keçirilib
07.04.2021

Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank, Deloitte Azərbaycan şirkəti ilə birgə kiçik və orta sahibkarlığın (KOS) iqtisadi artım və inkişafdakı roluna həsr olunan tədbir keçirib.

Aprel ayının 6-sı baş tutan onlayn görüşdə KOS-ların transformasiyası, onlara təqdim olunan yeni maliyyələşmə növləri, Azərbaycanın 2021-ci ilə dair “Biznes İnam İndeksi” hesabatı, müasir rəqəmsal trendlər və digər mühüm mövzular müzakirə edilib. Pandemiyadan ən çox zərərçəkmiş sahə olan KOS-ların bərpa prosesi və gələcək inkişaf perspektivləri ilə bağlı proqnozlar da səsləndirilib. Tədbir, PAŞA Bank və Deloitte Azərbaycan şirkətinin məruzəçilərinin çıxışından sonra panel müzakirələri ilə davam edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən PAŞA Bankın İdarə Heyətinin sədri, baş icraçı direktor Taleh Kazımov KOS-ların milli iqtisadiyyatın inkişafında əhəmiyyətli rola malik olduğunu vurğulayıb. O, PAŞA Bankın sınaqlarla dolu olan dönəmlərdə KOS-ların maliyyə çətinliklərinin aradan qaldırılması yönündəki fəaliyyətindən bəhs edib. ”Biz, Azərbaycanın aparıcı korporativ maliyyə qurumu kimi ölkə iqtisadiyyatının şaxələndirilməsi və real sektorun dayanıqlı inkişafının təmin edilməsi üçün çalışırıq”, - deyə Taleh Kazımov bildirib.

Deloitte Azərbaycan şirkətinin İdarəedici partnyoru Nuran Kərimov çıxışı zamanı PAŞA Bank və Deloitte Azərbaycan arasında mövcud olan sıx əməkdaşlıqdan və KOS-larla birgə aparılan işlərdən danışıb.

Görüş zamanı Deloitte Azərbaycan şirkəti tərəfindən hazırlanan Azərbaycanın 2021-ci ilə dair “Biznes İnam İndeksi” hesabatı təqdim edilib. Builki hesabatda makroiqtisadi təhlil, biznes əminliyinin səviyyəsi və xüsusi olaraq kibertəhlükəsizlik mövzusu öz əksini tapıb. Tədbir zamanı sözügedən hesabatda yer alan Ümumi Daxili Məhsul və proqnozlar, perspektivli sənaye sahələri, məzənnə məsələsi, orta maaş səviyyəsi və proqnozlar kimi KOS-lar üçün əhəmiyyət daşıyan məqamlar müzakirə olunub.

Tədbirdə çıxış edən PAŞA Bank nümayəndələri bankın KOS seqmentinin dayanıqlı inkişafının təmin olunması yönündə həyata keçirdiyi təşəbbüslərdən və tətbiq olunan təcrübədən, eləcə də bu seqmentin inkişaf perspektivlərindən danışıb. Həmçinin Deloitte şirkətinin Azərbaycandakı təcrübəsi əsasında KOS-ların transformasiyası ilə bağlı mövcud vəziyyət, praktiki vergi və maliyyə uçotu məsələləri haqda da məlumat verilib.

Xatırladaq ki, PAŞA Bank, bundan öncə də KOS-lara həsr olunan bir sıra tədbirlərin təşkilatçısı və sponsoru qismində yer alıb. Bank, sosial təcrid dönəmlərində pandemiyanın mənfi təsirindən daha çox zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlarla onlayn görüşlər də keçirib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment