1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Unibank”ın təşkilatçılığı ilə “Clubhouse”da “Azərbaycanda Rəqəmsal Bankçılıq” mövzusu müzakirə edilib
02.04.2021

“Unibank”ın təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Clubhouse” platformasında aparıcı bankların rəhbərləri və Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktorunun iştirakı ilə “Azərbaycanda Rəqəmsal Bankçılıq” mövzusunda müzakirə keçirilib. Müzakirəyə 200-ə yaxın iştirakçı qoşulub.

Müzakirələrdə Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov, PAŞA Bankın İdarə Heyətinin üzvü Cəlal Orucov, “Bank Respublika”nın İdarə heyəti sədrinin müavini Elnur Həsənov, “Kapital Bank”ın Agile metodologiyasının tətbiqi idarəsinin Baş direktoru Samir Məmmədov və “Unibank”ın İdarə heyəti sədrinin müavini Fərid Abuşov iştirak ediblər. 

Müzakirələrdə vurğulanıb ki, rəqəmsallaşma istiqamətində əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Son illərdə banklar tərəfindən bu istiqamət üzrə görülən işlər və tətbiq olunan yeniliklər hesabına bir çox bank xidmətlərinin məsafədən göstərilməsinə şərait yaradılıb və məsafəli bankçılıq xidmətlərindən aktiv istifadə edən müştərilərin sayı günü-gündən artmaqdadır. Yaxın illərdə aidiyyatı bank xidmətlərinin tam rəqəmsallaşmasını təmin etmək, innovativ maliyyə həlləri və xidmətlər təqdim etmək bankların əsas hədəflərindən olacaq. Qeyd olunan dəyişikliklər eyni zamanda maliyyə xidmətlərinin əlçatanlığının artırılmasına və maliyyə inkluzivliyinin inkişafına xidmət edəcək. Yaxın zamanlarda rəqəmsal xidmələr sahəsində bir sıra yeniliklərin olacağı da diqqətə çatdırılıb. Bu yeniliklər sırasında Apple Pay, Rəqəmsal Manat və Open Banking konsepsiyasının üzərində qurulan xidmətlərin ölkədə inkişafına təkan verəcək çərçivənin yaradılması da qeyd olunub

Spikerlər həmçinin rəqəmsal sistemə keçid prosesində pandemiya amilinin də təsirini vurğulayıblar. Onların sözlərinə görə, pandemiya bir sıra bank xidmətlərinin rəqəmsal sistemə transformasiyasını sürətləndirib. Ümumilikdə isə dünya təcrübəsində bankların rəqəmsallaşmaya tədricən keçdiyi və bu prosesin kifayət qədər vaxt tələb etdiyi vurğulanıb.

“Clubhouse” platformasında bu cür müzakirələr hər ay keçiriləcək. Nöbəti müzakirə aprelin ikinci yarısına planlaşdırır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment