1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı MDB və Qafqazın ən innovativ bankları sırasında
31.03.2021

Azərbaycan Beynəlxalq Bankı kiçik və orta biznes sahəsində ən böyük beynəlxalq icmalardan olan SME Banking Club tərəfindən müəyyən edilmiş - MDB və Qafqaz ölkələri arasında kiçik və orta biznesə innovativ imkanlar yaradan 20 ən yaxşı bankın reytinqində öz yerini tutub.

Ən innovativ banklar sırasında həmçinin Sberbank, AlfaBank, Rayffayzenbank (Rusiya), Priorbank (Belarus), Bank of Georgia (Gürcüstan), Halyk Bank (Qazaxıstan) və digər banklar təmsil olunur. Klubun ekspertləri bu seçimləri il ərzində bank sektorunda baş verən yeniliklərin təhlili, bankların tətbiq etdiyi innovativ texnologiyaların qiymətləndirilməsi əsasında aparıblar. Regionun ən innovativ bankları, əsasən, iki meyar üzrə müəyyənləşib. Bunlar Sahibkarlar üçün rəqəmsal həllər və biznesə fəal maliyyə dəstəyidir. Ötən il bank sektorunda özünü göstərən innovativ yeniliklər, əsas trendlər, ayrı-ayrı bankların effektiv təcrübələri ilə bağlı aprelin 23-də keçiriləcək “Digital Forum 2021” tədbirində ətraflı təqdimatlar olacaq. Hesabat barədə daha ətraflı buradan məlumat əldə etmək olar. 

Qeyd edək ki, innovativlik, müştərilər üçün ən yaxşı rəqəmsal təcrübələrin yaradılması, eləcə də kiçik və orta biznesin maliyyələşdirilməsi Azərbaycan Beynəlxalq Bankının strateji hədəflərində əsas yer tutur. Bank ötən il sahibkarlar üçün bir sıra innovativ imkanlar yaradıb. Eyni zamanda, onların işinə fayda verəcək FinTech texnologiyalarının inkişafı üçün IBA Innovasiya Mərkəzini təşkil edib. Bu mərkəzdə startap layihələrinin akselerasiya və inkubasiyası həyata keçirilir. Azərbaycan Beynəlxalq Bankı sahibkarların işgüzar platforması olan Sahibkarlar Klubunu da yaradıb. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın  filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment