1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Banklar Assosiasiyasının yaradılmasından 31 il ötür
30.03.2021

Bu gün Azərbaycan banklarının ictimai birliyi olan Azərbaycan Banklar Assosiasiyasının yaradılmasından 31 il ötür. ABA üzv təşkilatların birgə korporativ maraqlarını təmsil edən, onları zəruri və faydalı məlumat və xidmətlərlə təmin edən, bank sektorunun inkişafına xidmət edən, təcrübə, ideya və təşəbbüslərin müzakirə edildiyi bir platforma kimi fəaliyyət göstərir. 

Hazırda ABA-nın 26 bank, və 2 bank-olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC, Millikart MMC və Azərbaycan Kredit Bürosu olmaqla 31 üzvü var.

ABA-nın tərkibində 21 ildir fəaliyyət göstərən Azərbaycan Bank Tədris Mərkəzi, bundan əlavə Banklar və Biznes qəzeti, Banklar və Biznes jurnalı, Milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan Biləsuvar bağça-lisey-məktəb kompleksi kimi törəmə qurumları, “Bank Ombudsmanı” və “Münsiflər Məhkəməsi” fəaliyyət göstərir.

Eyni zamanda, bank sektorunun qarşısındakı imkanlar və çağırışları müzakirə edən, ideya və təkliflər verən, bankların rəhbər nümayəndələrindən ibarət 12 Ekspert Qrupu da ABA-nın strukturuna daxildir.

Fəaliyyət göstərdiyi müddətdə ABA Azərbaycan Respublikasının Mərkəzi Bankı, digər dövlət qurumları, qanunverici, icraedici və məhkəmə orqanları, ictimai təşkilatlar və beynəlxalq qurumlarla sıx əməkdaşlıq əlaqələri yaratmış və bununla da bank qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində, eləcə də bankların beynəlxalq əlaqələrinin qurulması, bank infrastrukturunun formalaşması, ölkədə həyata keçirilən iqtisadi islahatların və digər işlərin bank sektoru tərəfindən dəstəklənməsinin təşviqində əhəmiyyətli işlər görmüşdür.

ABA eyni zamanda çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilatçılığı və ev sahibliyini həyata keçirir. Bunlardan hər ilin may ayında Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammiti (FİNTEX SUMMİT) və noyabr ayında keçirilən Beynəlxalq Bankçılıq Forumunu qeyd etmək olar.

Qarşımızda duran prioritet hədəflərimizə işğaldan azad edilmiş torpaqlarımızda müasir bank-maliyyə infrastrukturunun qurulmasına töhfə vermək, maliyyə savadlığının artırılması, maliyyə xidmətlərinə əlçatanlığın genişləndirilməsi və sektorda rəqəmsallaşmanın inkişafı, bütün vətəndaşlarımıza müasir və etibarlı bank-maliyyə xidmətlərinin təqdim edilməsi, müştəri məmnunluğunun maksimum təmin edilməsi daxildir.

ABA üzvləri qlobal pandemiyanın gətirdiyi məhdudiyyətlərə baxmayaraq, eləcə də vətən müharibəsi zamanı, cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində fəaliyyət göstərən filial və şöbələr daxil olmaqla, əhalimizə, iqtisadi subyektlərə tam həcmdə, fasiləsiz bank-maliyyə xidmətləri göstərməyə davam etmişdir. 

Pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, onların kredit öhdəliklərinin restrukturizasiya olunması, 600 min aztəminatlı şəxsə 190 manat birdəfəlik ödəmələrin bank əməkdaşları üçün yaranan risklərə baxmayaraq tam həcmdə, bankların öz vəsaiti hesabına təqdim olunan ödəniş kartları ilə verilməsi, banklar tərəfindən "Koronavirusla Mübarizəyə Dəstək Fondu"na böyük miqdarda vəsaitlərin köçürülməsini qeyd etmək olar.

Torpaqlarımızın azad olunmasında iştirak edən hərbiçilərimizin, onların ailə üzvlərinin, düşmən təxribatı nəticəsində zərər görmüş mülki vətəndaşların dəstəklənməsi istiqamətində ABA üzvləri bir çox işlər görmüş, “Silahlı Qüvvələrə Yardım Fondu”na, “Qarabağ Dirçəliş Fondu”na böyük məbləğdə vəsaitlər ianə etmişlər, “Yaşat Fondu” ilə yaxından əməkdaşlıq etməyə davam edirlər. Banklar bundan sonra da bu kateqoriyadan olan şəxslərə münasibətdə həssaslıq nümayiş etdirəcəkdir. 

Azərbaycan bank icması hər zaman olduğu kimi ölkə rəhbərliyinin tapşırıqlarını rəhbər tutaraq əhalimizə, iqtisadi subyektlərə bütün dövrlərdə keyfiyyətli və fasiləsiz bank-maliyyə xidməti göstərməyə, ölkədə həyata keçirilən iqtisadi islahatların və digər işlərin bundan sonra da dəstəklənməsinə davam edəcəkdir.

Dəyərli üzvlərimizi, onların rəhbərlərini, əməkdaşlarını, ekspert qruplarımızın üzvlərini təbrik edir və birlikdə olduğumuza görə hər birinə təşəkkür edirik!


Hörmətlə,

Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyəti və İcraçı Direktorluğu

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment