1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkəti müştəri məmnuniyyəti üzrə ISO 10002 sertifikatı əldə edən ilk sığorta şirkəti oldu!
17.03.2021

Yarandığı ilk ildən etibarən müştəri mərkəzli olmağı əsas dəyərlərdən biri olaraq qəbul etmiş PAŞA Sığorta şirkəti Azərbaycanda müştəri məmnuniyyəti xidmətinin təkmilləşdirilməsi üzrə ISO 10002: 2018 sertifikatını əldə edən ilk sığorta şirkəti oldu. Qeyd edək ki, PAŞA Sığorta Azərbaycanda bütün fəaliyyət sahələri üzrə olan bizneslər arasında bu sertifikatı alan azsaylı şirkətlərdən biridir.

ISO 10002: 2018 sertifikasiyası şikayətlərin tənzimlənməsi üçün müştəri məmnuniyyəti üzrə beynəlxalq standartdır. Dəyərləndirmə zamanı şirkətin biznes prosesləri çərçivəsində hansı dərəcədə müştəri yönümlü olması əsas götürülür. PAŞA Sığorta şirkəti 2016-cı ildən etibarən, müştəri şikayət, irad və təkliflərinin vahid sistem üzərindən idarə edilməsi məqsədilə müştəri məmnuniyyəti xidməti yaratmışdır. 

Qeyd etmək istərdik ki, şirkət, müştəri məmnuniyyətinin təkmilləşdirilməsi üçün əməkdaşların şikayət tənzimlənməsi ilə bağlı təlimlərdə mütəmadi iştirakını təmin edir. Sertifikasiya tələblərinə uyğun olaraq şirkətdə şikayətlərin tənzimlənməsi üçün tədbirlər planı tərtib olunur, daimi olaraq audit yoxlaması həyata keçirilir və proseslər hər zaman rəhbərliyin tam nəzarəti altında davam etdirilir.

ISO 10002 standartı  ilə şirkət fəaliyyətinin problemli hissələrini təyin etmək və onları tamamilə aradan qaldırmaq imkanını əldə edir. ISO 10002-nin ən əsas üstünlükləri yüksək müştəri məmnunluğunun təmin edilməsi və xidmətin keyfiyyətinə qarşı öncədən əminlik formalaşdıra bilməsidir. PAŞA Sığorta şirkətində xidmət səviyyəsinin artırılması məqsədi ilə şikayətlərə nəzarət edən, analiz edən və onları həll edən vahid sistem mövcuddur.

Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir .

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment