1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank daha çevik idaretmə modelinə keçib
01.03.2021

Bank sektorunda sürətli yeniliklərə və bazardakı müsbət dəyişikliklərə hər zaman ilk adekvat cavab verən banklardan olan Unibank, korporativ idarəçiliyində yenilik edib. Yeni idarəçilik modelinə əsasən,  qərarların daha operativ verilməsi üçün bankda İcraedici Komitə yaradılıb. Komitənin rəhbəri İdarə Heyəti sədrinin birinci müavini İqor Okayev, müavini isə İdarə Heyəti sədrinin müavini Fərid Abuşovdur.  

Unibank KB İdarə Heyətinin sədri Faiq Hüseynov “Unibank”ın yeni strateji planına uyğun olaraq, yaxın illərdə bank komandasının qarşısında böyük planlar durduğunu qeyd edib: “Biz əminik ki, “Unibank”ın güclü top-menecmenti bu planların öhdəsindən layiqincə gələcək. Yeni  struktur, qarşıya çıxan məsələləri daha çevik və operativ həll etməyə, sürətli dəyişikliklər və innovasiyaları dəstəkləyərək, bütün menecerləri strateji xarakterli məsələlərin həllinə cəlb etməyə imkan verəcək. Bankın bütün səviyyələrində işləyən mütəxəssislərın inkişafına daha çox imkanların yaradılmasına xidmət edən bu idarəetmə modeli, qərarların kollegial qaydada verilməsini təmin edəcək”.

Unibank KB-nin İcraçı Direktoru İqor Okayev bankın dördüncü onilliyə daha güclənmiş komanda ilə daxil olması və bazarda öz mövqeyini daha da gücləndirməsi istiqamətində işlərin uğurla həyata keçiriləcəyinə əminliyini bildirib: “Sürətlə yenilənən texnologiya və müştərilərin bu texnologiyaya artan tələbləri, bu sahədə bank sektorunda olan yüksək rəqabət qərarların daha çevik verilməsini zəruri edir. İnanıram ki, bizim yeni struktur daha çevik, kollegial və düzgün qərarlar verməklə,  Bankın qarşısında duran hədəflərə çatmasına nail olacaq.”.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Unibank-hər kəsin bankı!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment