1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Muğanbank” ASC-nin reytinqləri üzrə proqnoz yenidən baxılaraq, “Neqativ”-dən “Stabil”-ə dəyişdirilmişdir
26.02.2021

25 fevral 2021-ci il tarixdə S&P Global Ratings beynəlxalq reytinq agentliyi “Muğanbank” ASC-nin reytinqləri üzrə proqnozunu"Stabil"-ə yüksəltmiş, bankın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini ""CCC+/C" səviyyəsində təsdiq etmişdir.

S&P Global Ratings-in təhlilinə əsasən "Muğanbank" ASC-nin likvidlik və fondlaşma göstəriciləri son üç ay ərzində stabilləşmişdir. Agentliyin fikrincə, Azərbaycanda makroiqtisadi mühitin bərpası Muğanbankın biznesinin stabilliyini dəstəkləyəcək və bank, likvidlik göstəricilərini adekvat səviyyədə saxlaya biləcəkdir. Eyni zamanda, reytinq agentliyinin təhlili göstərir ki, depozitər bazasının stabilləşməsi və Azərbaycan Respublikası Mərkəzi Bankından vəsaitlərin əldə olunması, qeyd olunan dövrdə Muğanbankın likvidlik göstəricilərinin yaxşılaşmasını şərtləndirmişdir. 19 fevral 2021-ci il tarixə olan məlumatlara əsasən, bankın likvid aktivləri 97 milyon manat (məcmu aktivlərin təqribən 15%) təşkil etmişdir. Bank, 2020-ci ilin yanvarından 2021-ci ilin fevralına qədər olan dövrdə ani likvidlik əmsalı üzrə normativ tələbi yerinə yetirmişdir. Bu göstərici, 2020-ci il dekabr ayından etibarən sabit səviyyədə 40%-dən yuxarı saxlanılaraq normativ minumum olan 30% ilə müqayisədə 2021-ci il fevralın 19-a olan məlumatlara əsasən 77% təşkil etmişdir.  

S&P Global Ratings əhalinin əmanətlərinin tam məbləğdə sığortalanmasına dair dövlət proqramının müddətinin 4 aprel 2021-ci il tarixdə bitməsindən sonra depozitlərin bankdan əhəmiyyətli miqdarda axınını proqnozlaşdırmır.  

Təhlilə əsasən, bank, 2020-ci il ərzində 2,2 mln manat məbləğində zərər etmişdir. Bank,  2020-ci ildə depozitlər üzrə faiz dərəcələrini yüksəltmişdir. Problemli kreditlərin ödənişinin bərpası ilə əlaqədar kreditlər üzrə mümkün zərərin ödənilməsi üçün yaradılan ehtiyatların azad edilməsi sayəsində Muğanbankın xalis mənfəət göstəricisi müsbət olmuşdur.  

Muğanbankın kapital göstəricilərinə gəldikdə, reytinq agentliyinin fikrincə, 2020-ci ilin sonuna olan vəziyyətə, bank, kapital adekvatlığı üzrə normativ tələbi böyük kapital ehtiyatı hesabına yerinə yetirmişdir. 1-ci dərəcəli kapital əmsalı minumum 5% ilə müqayisədə 15,3%, məcmu kapitalın adekvatlıq əmsalı isə minimum 10% ilə müqayisədə 18,7% təşkil etmişdir. Proqnoza əsasən, bankın gələcəkdə də normativ tələbləri yerinə yetirəcəyi gözlənilir.  

S&P Global Ratings,  Muğanbankın likvidlik  göstəricilərinin adekvatlığının uzun müddət saxlanılacağı, əhalinin bankdakı depozitlərində stabilliyin qorunacağı, aktivlərinin keyfiyyətinin daha da yaxşılaşacağı, kapitallaşma göstəricilərinin möhkəmlənəcəyi, habelə gəlirli və sabit biznes modelə keçidi hədəfləyən yeni ortamüddətli strategiyasınınnın səmərəli olacağı təqdirdə,  yaxın 12 ayda Muğanbankın reytinqini “Pozitiv”-ə yüksəldə biləcəyini qeyd edir.  

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment