1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Sahibkarlar Konfederasiyası Niderland Krallığının ölkəmizdəki səfiri ilə işgüzar görüş keçirmişdir
25.02.2021

Azərbaycan Sahibkarlar Konfederasiyası Niderland Krallığının ölkəmizdəki Səfiri Ilə Işgüzar Görüş Keçirmişdir

25 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanla görüşüb. Onlayn platforma üzərindən reallaşdırılan görüş Azərbaycan-Niderland iqtisadi əlaqələri və onun genişləndirilməsi mövzusuna həsr olunub.

Konfederasiyanın prezidenti qonağı salamlayaraq, xanım Paulin Eizemana Azərbaycanda səfir kimi fəaliyyətinə uğurlar arzuladı. M.Musayev Niderland-Azərbaycan münasibətlərindən danışarkən Prezident cənab İlham Əliyev ilə Niderland Krallığı Senatının  sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan  Dostluq Qrupunun sədri Rene van der Linden arasında mövcud olan dostluqdan,  bu dostluğun Niderland-Azərbaycan münasibətlərinə təsirini  rolunu xüsusilə qeyd etdi.

“Azərbaycanla Niderland arasında ticarət əlaqələri mövcuddur, lakin hesab edirəm ki, istənilən səviyyədə deyil və birgə əməkdaşlığımız nəticəsində daha yüksək nəticələr əldə edə bilərik”,  – deyə M.Musayev bildirib. Onun sözlərinə görə, Niderland Krallığı da dəniz sahilindədir, aqrar ölkədir. Azərbaycan da aqrar sahədə böyük potensiala malikdir və biri birimizdən öyrənmək, təcrübə mübadiləsi aparmaq üçün əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda irriqasiya və digər sahələrdə əməkdaşlıq imkanları da genişdir.

Səfir Paulin Eizeman “2020-ci il Azərbaycan üçün uğurlu oldu, torpaqlarınızı işğaldan azad etdiniz. Ümid edirəm ki, əlaqələrimiz daha da genişlənəcək. Azad olunmuş torpaqlarda yenidənqurma işlərində yaxından iştirak etməyə çalışacağıq”, – deyərək bir neçə sahə üzrə işbirliyi imkanlarına toxundu. Səfir kənd təsərrüfatı, su təsərrüfatı, irriqasiya sistemləri, şəhərsalma üzrə Niderland şirkətlərinin Azərbaycanda çalışması perspektivlərindən söz açdı.

M.Musayev səsləndirdiyi təkliflərə görə səfirə təşəkkür edərək gələcəkdə ölkəmizdə Niderland Ticarət Evinin açılması ilə bağlı təkliflərə açıq olduğunu, eyni zamanda, Niderlandda Azərbaycan ticarət evinin açılmasının məhsulların tanıdılması baxımından müsbət rol oynayacağını vurğulayaraq, bununla bağlı Sahibkarlar Konfederasiyası olaraq Azərbaycan Hökuməti qarşısında məsələ qaldırmağa hazır olduğunu diqqətə çatdırdı.

Görüşdə əməkdaşlıq imkanları ilə bağlı proqramın hazırlanması qərara alındı.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment