1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Rezident Leyla Abuşova: “Peşəkar həkim kimi yetişmək üçün hər bir şərait var”
24.02.2021

Mərkəzi Gömrük Hospitalında müxtəlif ixtisaslar üzrə rezidentura təhsili alan rezident həkimlər də COVİD-19 infeksiyasına qarşı səfərbər olunaraq, koronaviruslu xəstələrə tibbi xidmət göstərirlər. Onlar öz ixtisasları ilə yanaşı dünyada böyük bəlaya çevrilmiş yeni növ koronavirusa qarşı mübarizədə  fəal iştirak edirlər.Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alan I  kurs rezidenti Leyla Abuşova da kovidli xəstələrinin müalicəsində yaxından iştirak edir.  

Leyla Abuşova 1996-cı il iyunun 8-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində anadan olub. O,2013-cü ildə Bakıda 175 nömrəli orta məktəbi bitirdikdən sonra qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, 648 balla dövlət sifarişli əsaslarla Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olunub. 2019-cu ildə Universiteti bitirib və 2020-ci ildə Mərkəzi Gömrük Hospitalının Radiologiya ixtisası üzrə rezidenturaya qəbul olunub.

Kuratoru yüksəkixtisaslı radioloq Emin Məmmədovun rəhbərliyi altında kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası və ultrasəs müayinəsinin  sirlərinə yiyələnir, koronaviruslu xəstələrin müalicəsində radiologiyanın rolunu öyrənir.

Həkim-rezident Leyla Abuşova rezidentura təhsili barədə deyir: “Koronaviruslu xəstələri Hospitalın təcrübəli həkimlərinin yanında öyrənərək müalicə edirəm. Baxmayaraq ki, radioloqlar əsasən ağ-qara görüntülərlə işləyirlər, onlar bir çox hallarda qaranlıq, qarışıq məsələləri işıqlandırıb, aydınlıq gətirirlər. Mən də öz növbəmdə, işimin peşəkarı olub pasiyentlərə və həmkarlarıma ən müşkül hallarda belə kömək etmək istəyirəm.Peşəkar həkim kimi yetişmək üçün Mərkəzi Gömrük Hospitalında hər bir şərait var”.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment