1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azər Türk Bankın ən sərfəli kartı – ATB CARD
24.02.2021

Dövlət bankı Azər Türk Bank kart sahibi olmaq istəyən şəxslərə çox sərfəli şərtlərlə ATB CARD adlı yeni məhsulunu təklif edir.

ATB CARD debit kartı tam funksionallı bir kartdır və onun özəlliyi müştərilərin bu kartla həyata keçirdikləri əksər bank əməliyyatları zamanı xidmət haqqının tələb olunmamasıdır.

Qeyd edək ki, üçillik xidmət müddətli bu kartı Bankın saytında sifariş verməklə pulsuz əldə edə bilərsiniz.

Banka məxsus ATM, internet səhifəsi və müasir, güvənli, istifadəsi rahat ATB360 Mobil əlavə vasitəsilə Card to Card – kartdan ölkənin istənilən bankının kartına pul köçürülməsi müqabilində heç bir faiz tutulmayacaqdır.

Onlayn sifariş verməklə sahibi olacağınız ATB CARD vasitəsilə konvertasiya, fərqli valyutada alış-veriş edilərkən də komissiya tutulmayacaq.

Eləcə də,  ATB CARD sahibləri Azər Türk Banka məxsus ATM və POS terminallar vasitəsilə istənilən məbləğdə, digər bankların bakomatlarında ay ərzində 1000 manatadək vəsaiti komissiya ödəmədən nağdlaşdırma imkanına malik olacaqlar.

Ticarət, ictimai iaşə və xidmət müəssisələrində ATB CARD vasitəsilə edilən ödənişlərin 3%-dək hissəsinin karta qaytarılması (CashBack) nəzərdə tutulmuşdur.

Milli valyutada olan debet kartların qalığına illik 5% dərəcəsi ilə gündəlik faiz hesablanaraq, hər ayın sonu müştərinin həmin  kartına ödənilir.

Həmçinin, ATB360 Mobil əlavə, SMS bildiriş xidmətlərinə qoşulma və istifadə ödənişsiz olacaqdır.

Azər Türk Bankda kredit kartı əldə etmək istəyən, banka əmanət yerləşdirən müştərilərə də eyni sərfəli şərtlərə malik  ATB CARD  təklif edilir. Qeyd edək ki, Bankın kredit kartını əldə etməklə 40 gün ərzində faizsiz kredit xəttindən istifadə mümkündür.

Azər Türk Bankın ən sərfəli kartı olan ATB CARDa sahib olmaq istəyən şəxslər istənilən xidmət ofisinə müraciət etməklə, yaxud Bankın internet səhifəsi vasitəsilə online qaydada sifariş verə bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment