1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Listinqlə bağlı yeniliklər, listinqin üstünlükləri və kapital bazarının inkişafı mövzusunda videokonfrans keçirilmişdir
23.02.2021

23 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə beynəlxalq maliyyə təşkilatları, konsaltinq, hüquq və audit şirkətləri üçün “Bakı Fond Birjasında listinqlə bağlı yeniliklər, listinqin üstünlükləri və kapital bazarının inkişafı üzrə görülən işlər” mövzusunda videokonfrans keçirilmişdir. 

Videokonfransın keçirilməsində məqsəd BFB-də listinqin stimullaşdırılması və kapital bazarının inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin, o cümlədən listinqlə bağlı yeniliklərin biznes ictimaiyyətinə çatdırılmasıdır. BFB-nin İdarə Heyətinin Sədri v.m.i.e Eldar Abdullayev çıxış nitqində Azərbaycanda biznes sektoru, eləcə də maliyyə bazarlarının dayanıqlı inkişafı üçün qiymətli kağızlar bazarının və listinqin önəmini vurğulamış, listinqin üstünlükəri barədə konfrans iştirakçılarına məlumat vermişdir.

Daha sonra Mərkəzi Bankın və BFB-nin ekspertləri tərəfindən 2020-ci ildə listinqin stimullaşdırılması və kapital bazarlarının inkişafı üçün həyata keçirilmiş layihələr, Listinq Məsləhət Proqramı çərçivəsində emitentlər üçün təqdim olunan xidmətlər və gələcəkdə bu bazarın inkişafı üçün görülməsi planlaşdırılan tədbirlər haqqında təqdimat formatında məlumat verildi. Qeyd edildi ki, fond birjasında listinqin təşviq edilməsi, şirkətlərin və investorların qiymətli kağız bazarına çıxışının asanlaşdırılması, eləcə də pandemiyanın özəl sektora mənfi təsirlərinin minimallaşdırması məqsədilə stimullaşdırıcı tarif rejimi yaradılmış, istiqraz emissiyası üzrə tələblər yumşaldılmışdır. Fond birjasında listinq tələbləri beynəlxalq standartlara uyğunlaşdırılaraq qeyri-aktiv şirkətlər listinqdən kənarlaşdırılmış, eyni zamanda kapital bazarı iştirakçılarına requlyativ tətillər və güzəştlər verilmişdir.

İnteraktiv formatda təşkil edilmiş videokonfransda 20-dən artıq qurum iştirak etmiş, görüşün sonunda iştirakçıların kapital bazarları və listinq ilə bağlı sualları cavablandırılmışdır. 

Əlavə olaraq qeyd etmək istərdik ki, listinqlə bağlı məlumat almaq üçün BFB-nin internet səhifəsində listinq bölməsinə daxil ola və ya business@bse.az elektron ünvanına müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment