1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Məktəblilərarası Avropa Pul Viktorinasına qeydiyyat başlanmışdır
23.02.2021

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə 12 mart 2021-ci il tarixində 13-15 yaşlı məktəblilər arasında “Avropa Pul Viktorinası” keçiriləcəkdir. 

“Avropa Pul Viktorinası” 28 Avropa ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə keçirilən yarışdır (ötən ilki yarış və suallarla tanış ola bilərsiniz: https://youtu.be/3DJtz2Aeyww). Viktorina iki əsas mərhələdən – milli və Avropa finalından ibarətdir. Milli final mərhələsində qalib gələn iki nəfər Avropa finalında iştirak etmək hüququ qazanacaqdır. İstər milli, istərsə də Avropa finalının qaliblərini dəyərli hədiyyələr gözləyir.

İştirak şərtləri

İştirakçının yaşı 13-15 yaş aralığında olmalıdır. Yəni, 2021-ci ilin mart ayının 12-də  (milli final mərhələsində) 13 yaşını keçməli və 16 yaşı tamam olmamalıdır. 

Hər iki mərhələ də ingilis dilində olacağı üçün iştirakçıların ingilis dili bilikləri yaxşı səviyyədə olmalıdır. 

Qeyd

Mövcud epidemioloji şərait səbəbindən viktorinanın milli və final mərhələsi onlayn platforma üzərindən təşkil ediləcəkdir. 

Viktorinanın istər milli, istərsə də Avropa finalı üzrə suallar ingilis dilində olacaqdır. 

Qeydiyyat

İlkin seçim turu üçün bu linkdən qeydiyyatdan keçmək və müvafiq sualları cavablandırmaq lazımdır.  

Əlaqə

Daha ətraflı məlumatı Azərbaycan Banklar Assosiasiyasının office@aba.az ünvanına mövzu hissəsində “Avropa Pul Viktorinası 2021” yazaraq əldə edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment