1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Qarabağ Dirçəliş Fonduna vəsait köçürmə imkanı
23.02.2021

Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli Fərmanına uyğun olaraq, “Qarabağ Dirçəliş Fondu” dövlət qeydiyyatına alındıqdan sonra ianələrin köçürülməsi üçün Fondun xüsusi bank hesabları yaradılıb. 

Bu gündən etibarən Fondun hesabına vəsait köçürülməsi yeni bank rekvizitləri vasitəsilə həyata keçiriləcək. İanələr Azərbaycan manatı və ya xarici valyutada köçürülə bilər. Vətəndaşlar Fonda köçürmələrini Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrində bu rekvizitlərlə, yaxud Bankın internet səhifəsində yaradılmış xüsusi bölmədən onlayn qaydada həyata keçirə bilərlər.

Qeyd edək ki, Fond dövlət qeydiyyatına alınanadək fiziki və hüquqi şəxslərin ianələri və qrantlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi xəzinə və müvəqqəti bank hesablarında toplanırdı.  

“Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment