1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən 2 şirkət Pirallahı və Mingəçevir...
22.02.2021

Azərbaycanda  yüksək  texnologiyalar sahəsində  fəaliyyət göstərən daha 2 şirkət İnnovasiyalar Agentliyinin Pirallahı və Mingəçevir Yüksək Texnologiyalar Parklarına rezidentliyə qeydiyyata alındı.

“GoldenPay” ASC-nin “Hesab Shop” layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkında, “Kibrit Tech” MMC-nin “İqlime” layihəsinə isə Mingəçevir Yüksək Texnologiyalar Parkında rezident statusu verilib. Hər iki layihəyə İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli tərəfindən qeydiyyat şəhadətnamələri təqdim olunub.

Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti “Hesab Shop” layihəsi - onlayn ticarət sahəsində kiçik, orta və böyük şirkətlər üçün internet üzərindən yeni satış kanalına imkan yaradan elektron ticarət platformasıdır. Azərbaycanın ilk və ən böyük onlayn ödəniş platforması hesab.az  ölkə bazarında keyfiyyətli və peşəkar onlayn ticarət platformasını açır və böyük bazar payına sahib olmağı hədəfləyir.

Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti “İqlime” şirkəti əsasən kənd təsərrüfatı sahəsində örtülü torpaqların, istixanaların temperaturunu və rütubətini ölçən və nəzarət edən cihaz istehsal edir. Layihənin əsas məqsədi ölkənin kənd təsərrüfatının texniki inkişafına xidmət etmək, kənd təsərrüfatı məhsullarının istehsal həcmininin artırılmasına təkan vermək və istixana sahiblərinin işini asanlaşdırmaqdır. 

İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli jurnalistlərə verdiyi müsahibəsində yaxın zamanlarda İnnovasiyalar Agentliyinin və rezidentlərin birgə maliyyələşməsi əsasında  3 yeni istehsal sahələrinin tikintisinə başlanacağını açıqladı. T. Kərimli həmçinin ölkədə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına dair Agentliyin həyata keçirdiyi işlərdən bəhs etdi. 

Eyni zamanda innovasiyalar sahəsinin mütəxəssisi Nicat Abdulla Azərbaycanda istehsal olunan işıq şüası ilə işləyən ridar sistemləri və uçan aparatlar barədə ətraflı məlumat verdi.

Rezidentlər yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi, texnoparkda fəaliyyətin həyata keçirilməsi, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və elmi tədqiqatların aparılması məqsədilə istehsal sahəsi ilə təmin ediləcək. Həmçinin, texnologiya parklarının rezidentləri - texnologiya parklarının qeydiyyat şəhadətnaməsini alan və orada fəaliyyət göstərən sahibkarlar  Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanununda onlar üçün nəzərdə tutulan bir sıra güzəştlərdən yaralana biləcəklər.  Belə ki, rezidentlər texnologiya parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azaddırlar.

Qeyd edək ki, İnnovasiyalar Agentliyinin tabeliyindəki Pirallahı və Mingəçevir Yüksək Texnologiyalar Parklarında rezidentlik statusunu almaqla bağlı bir sıra innovativ şirkətlərdən müraciətlər qəbul olunur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment