1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Banklar Assosiasiyasının Ümumi yığıncağı keçirilmişdir
22.02.2021

19 fevral 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.

İclasın gündəliyinə ABA-nın 2020-ci il üzrə fəaliyyətinə dair hesabatın (görülmüş işlər, Ekspert Qrupları və maliyyə hesabatı) dinlənilməsi və təsdiqi, ABA-nın Audit Komitəsinin hesabatının dinlənilməsi və təsdiqi, ABA-nın törəmə qurumlarının 2021-ci il üzrə büdcəsinin və ştat cədvəlinin təsdiqi: ABTM; Banklar və Biznes qəzeti; Biləsuvar bağça-məktəb-lisey kompleksi və cari məsələlər daxil olub.

İclasda ABA-nın 2020-ci il üzrə fəaliyyətinə dair hesabat və maliyyə təsərrüfat hesabatı ABA-nın İcraçı Direktoru Yunus Abdulov tərəfindən təqdim edilib və təsdiq edilmişdir. ABA-nın Audit Komitəsinin hesabatı dinlənilib və təsdiq edilib. 

Bundan əlavə iclas iştirakçıları ölkənin Bank Ombudsmanının son 3 il üçün fəaliyyətinə dair hesabatı dinlənilmiş, gələcək planlar haqqında məlumat verilmişdir.

İclas zamanı ABA-ya üzv olmaq məqsədiylə 1 Bank – “Naxçıvanbank” ASC və 2 qeyri Bank – “Azərbaycan Kredit Bürosu” MMC-in, “MilliKart” MMC-in müraciətlərinə baxılmışdır. Müraciətlər iclas iştirakçılarının yekdil səsverməsi nəticəsində qəbul edilərək bu təşkilatlar ABA-nın üzvlərinin siyasına daxil edilmişdir. Beləliklə hazırda ABA-ya üzv təşkilatların sayı artaraq 26 bank və 6 qeyri-bank olmuşdur.

İclasın sonunda 2019-cu il və 2020-ci il üzrə ABA-ya üzv bankların, ən fəal Ekspert Qruplarının və Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank ekspertlərinin onlayn formada mükafatlandırılması keçirilmişdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment