1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Rezident Şəbnəm Qədiməliyeva: “Rezidentura təhsilinə Mərkəzi Gömrük Hospitalında başladığıma görə özümü şanslı hesab edirəm.”
22.02.2021

Mərkəzi Gömrük Hospitalının Azərbaycan Tibb Universiteti ilə 2018-ci ilin oktyabr ayında imzaladığı ikitərəfli müqaviləyə əsasən Universitetin məzunları Hospitalda rezidentura təhsili alırlar. Onlar Hospitalın peşəkar həkimlərinin yanında seçdikləri ixtisasların incəliklərini dərindən öyrənir, bilik və bacarıqlarını təkmilləşdirərək, təcrübə qazanırlar.

Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərdiyi müddətdə rezidentlər də bütün tibb personalı ilə birgə COVİD-19 xəstəliyi ilə mübarizəyə qoşularaq yalnız kovidli xəstələrə tibbi xidmət göstərirlər. Onların arasında Azərbaycan Tibb Universitetini 2012-ci ildə bitirmiş və 2018-ci ildə Hospitalın Efferent terapiya şöbəsində nefrologiya ixtisası üzrə rezident fəaliyyətinə başlamış 3-cü kurs rezidenti Şəbnəm Qədiməliyeva da var. 

Şəbnəm Qədiməliyeva 1995-ci il iyunun 4-də Ağstafa rayonunda anadan olub. 2001-2012-ci illərdə Bakı şəhəri 12 saylı orta məktəbdə təhsil alıb. Məktəbdə oxuduğu illərdə həkim olmağı arzulayan Şəbnəm Qədiməliyeva 2012-ci ildə 671 balla Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub, 2018-ci ildə Universiteti qırmızı diplomla bitirib. Həmin il Mərkəzi Gömrük Hospitalında nefrologiya ixtisası üzrə rezidentura təhsilinə başlayıb. 

Kuratoru Efferent terapiya şöbəsinin rəisi, həkim nefroloq Dr.Mirmənsim Məmmədovun rəhbərliyi altında nefrologiyanın müxtəlif sahələrinin sirlərini öyrənir. Bununla yanaşı Hospitalın Transplantasiya şöbəsində Dr.Mircəlal Kazımi və Dr. Elnur Fərəcovun köməkliyi ilə böyrək transplantasiyası üzrə praktiki biliklərə yiyələnib. 

Hospitalın bütün kollektivi kimi stasionarda koronavirus xəstələrinin müalicəsi ilə məşğul olur. O, həkim-infeksionist Dr.Afət Əkbərovadan COVİD infeksiyası ilə mübarizə metodlarını və müalicə prinsiplərini öyrənir. O,rezidentura təhsilinə Mərkəzi Gömrük Hospitalında başladığıma görə özünü şanslı hesab edir. Arzusu gələcəkdə yüksək ixtisaslı həkim olmaqdır.


 (012) 404-08-08

 Bakı, K.Kazımzadə, 118

#ŞəbnəmQədiməliyeva #rezident #ATU #rezidentura

#anestezioloq #reanimatoloq #həkimrezident

#MərkəziGömrükHospitalı #CentralCustomsHospital


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment