1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayır
19.02.2021

“Nar”ın baş sponsorluğu ilə ölkənin ən maraqlı və baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 17-ci mövsümü başlayır. Bilik yarışının builki mövsümündə respublikanın 6 bölgəsi və 6 ali məktəbini təmsil edən 16 seçilmiş komanda olimpiya sistemi üzrə mübarizə aparacaq. Yarışda iştirak edəcək komandalar region, universitet və sponsor komandaları olmaqla 3 diviziona bölünüb. Hər divizion üzrə qalib gələcək komandalar finalda “Nar” tərəfindən təsis edilmiş “Nar” kuboku uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, builki mövsümdə ilk dəfə “Nar”ın dəstəklədiyi “Qarabağ” komandası da mübarizəyə qoşulacaq. Komandanın üzvləri işğaldan azad edilmiş bölgələrin intellektualları olacaq. Fevralın 19-dan start götürəcək yarış hər həftənin cümə günü saat 22:00-da İctimai Televiziyada yayımlanacaq. 

Qeyd edək ki, ölkədə karantin rejiminin davam etməsi ilə əlaqədar olaraq yarış pandemiya şərtlərinə uyğun keçiriləcək. Belə ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda mübarizə aparacaq. Bundan başqa, yarışda iştirak edən hər komanda və heyət üzvü çəkilişdən öncə “COVİD-19” testindən keçməlidir. 

Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə hər il olduğu kimi bu il də “Nar”ın “Twitter” səhifəsində yarış keçiriləcək. Hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən “Nar”, artıq 9 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş sponsorudur. “Nar”ın digər layihələri ilə burada tanış olmaq olar. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment