1 USD 1,7    1 EUR 2,0657    1 RUB 0,0229    1 TRY 0,2396    XAU 3074,7815    XAG 47,1186    XPT 2126,7170    XPD 4011,9320   
           
/ Məzənnələr

 

 

İT Bridge Azerbaijan

şirkətinin İT ekspertlərinə facebook səhifəsi vasitəsilə suallarınızı təqdim edə bilərsiniz
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 













Banklar


İnvestorlar üçün real startap fürsətləri!
19.02.2021

Ölkəmizdə innovasiya ekosisteminin inkişafına dəstək verən Azərbaycan Beynəlxalq Bankının IBA İnnovasiya Mərkəzi ilk startap proqramını başa çatdırıb. Ötən ilin iyununda elan edilmiş müsabiqə əsasında seçilən 12 komanda Mərkəzdə inkubasiya mərhələsi keçib. Bu komandaların üzərində çalışdıqları layihələrin çoxu maliyyə texnologiyaları (FinTech) sahəsinə aiddir. Mərkəzin ilk rezidentləri sırasında Azərbaycan Beynəlxalq Bankının ötən il keçirdiyi 1-ci IBA Regional Hakatonunda iştirak etmiş komandalar da var. 

İnkubasiya dövründə komandalara bir sıra xidmətlər, o cümlədən mentor, kouçinq köməyi, texniki dəstək göstərilib. Rezidentlərlə müntəzəm iş üçün xarici ölkələrdən startapların inkişafı üzrə beynəlxalq təcrübəyə malik peşəkar mentorlar, məsləhətçilər cəlb edilib. Komandalar lazımi infrastruktur imkanları ilə təmin edilib. Bazar reallıqlarının, real tələblərin təhlili üçün müştərilərlə görüşlər təşkil olunub. 

Startap layihələrinin inkubasiya dövründən sonra ilkin kapital əldə edə bilməsi üçün Azərbaycan Beynəlxalq Bankı IBA İnvestor Klubunu da yaradıb. Bu klubun məqsədi Bankın tərəfdaşları arasından potensial investorları bir araya gətirmək və startap layihələrini onlara təqdim etməkdir. Hazırda Klub çərçivəsində ayrı-ayrı investorlarla startapçıların görüşləri keçirilir. Layihələrə ilkin investisiya qoyuluşu məsələləri müzakirə  edilir. İnkubasiya proqramında iştirak etmiş komandaların işgüzar  çevrəsinin formalaşmasına şərait yaradılır. 

Fevralın 27-də isə startap layihələrinin onlayn təqdimatı tədbiri təşkil ediləcək. Maraqlanan hər kəs əvvəlcədən qeydiyyatdan keçməklə təqdimata qatılıb startap layihələri ilə tanış ola, investisiya imkanlarını dəyərləndirə bilər. Qeydiyyat üçün: https://ibainnovation.az/demoday 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın  filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment