1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Media üçün müsabiqə Avropa İttifaqı Azərbaycan üçün (EU4Azerbaijan)
19.02.2021

18 February – 18 April 2021

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi 2021-ci il fevral ayının 18-də Azərbaycanın çap, TV/radio və onlayn mediası üçün Aİ-Azərbaycan əməkdaşlığına dair müsabiqə elan edib. 18 fevral 2021-ci ildən etibarən Avropa İttifaqı haqqında dərc olunan bütün işlər qəbul edilir. Aşağıdakı Texniki Tapşırıq iştirakçıları müsabiqə boyunca istiqamətləndirəcək.

Əsas məqsəd Aİ-nin həyata keçirdiyi tədbirlər və onların Azərbaycan əhalisinin gündəlik həyatına təsiri barədə ictimai məlumatlılığı artırmaqdır.

Təqdim olunan işlər Aİ-Azərbaycan əməkdaşlığının aşağıdakı aspektlərini əhatə etməlidir:

A. Dörd Tərəfdaşlıq prioriteti üzrə Aİ-Azərbaycan münasibətləri (1. iqtisadi inkişaf və bazar imkanları, 2. qurumların gücləndirilməsi və yaxşı idarəçilik, 3. əlaqəlilik, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi, 4. mobillik və insanlar arasında əlaqələr).

B. Layihələrin əhatə olunan prioritet ərazilərə təsiri.

Hər bir ərizəçi aşağıdakı Mükafat Kateqoriyalarından yalnız biri üzrə və yalnız bir iş təqdim edə bilər:

A. Çap və ya onlayn mediada ən yaxşı yazı;

B. Televiziyada ən yaxşı reportaj;

C. Radioda ən yaxşı reportaj;

D. Ən yaxşı onlayn və ya çap bloqu, çap və ya onlayn mediada ən yaxşı rəy və ya köşə yazısı;

E. Aİ layihəsini əks etdirən ən yaxşı sənədli fotoşəkil.

Təqdim olunan işlər aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:

faktlara uyğunluq;

işıqlandırmanın dərinliyi;

diqqət mərkəzi;

ədalətlilik və balans;

yaradıcılıq və üslub;

təsir;

Təqdim olunan işlər layihənin mahiyyətini ümumi auditoriyaya sadə dillə və oxunaqlı üslubda təqdim edərək layihə nəticələrini və onun adi insanların həyatına təsirini göstərməlidir.

Münsiflər heyəti Azərbaycanın media mütəxəssislərindən ibarət olacaq və məsləhətçi qismində çıxış edəcək. Münsiflər heyətinin rəyləri Aİ-nin Azərbaycandakı Nümayəndəliyinə  təqdim ediləcək və Nümayəndəlik qalibləri elan edərkən onları nəzərə alacaq. Bu qərarlar yekundur və onlardan şikayət verilə bilməz.

Müraciət qaydaları:

İşlərin təqdim olunması üçün son tarix 23 Aprel 2021-ci ildir.

Təqdim olunan işlər 18 fevral - 18 aprel 2021-ci il tarixləri (18 aprel daxil olmaqla) arasında dərc edilmiş/yayımlanmış/yüklənmiş olmalıdır.

İşlər Azərbaycan, ingilis və ya rus dillərində olmalıdır.

Azərbaycan vətəndaşları və ya Azərbaycanda akkreditə olunmuş beynəlxalq media nümayəndələri iştirak edə bilər.

Komanda işləri qəbul edilir, lakin komanda üzvlərinin sayı üçdən (3) artıq olmamalıdır. Komanda qalib gələrsə, bütün komandaya 1 mükafat verilir.

Dərc edilmiş/yayımlanmış/yerləşdirilmiş materialların linkləri “Press Contest” mövzusu altında aşağıdakı elektron poçt ünvanına göndərilməlidir: DELEGATION-AZERBAIJAN@eeas.europa.eu 

Mükafatlandırma qərarı

Beş kateqoriyanın hər biri üzrə qaliblər 500 AZN məbləğində hədiyyə kartı mükafat alacaq.

Müsabiqənin bütün iştirakçılarına sertifikat və hədiyyələr.

Mükafatlandırma qərarı may ayında elan ediləcək. Müsabiqənin bütün iştirakçılarına müvafiq olaraq məlumat veriləcək.

AI layihələrinin əlaqə nömrələri və ya hər hansı digər əlavə məlumat üçün aşağıdakı e-poçt ünvanına yaza bilərsiniz: 

EU4Azerbaijan@gmail.com

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment