1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Sahibkarlar Konfederasiyasının Özbəkistanda nümayəndəsi təyin edildi
19.02.2021

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ölkə iqtisadiyyatının təbliği, xarici investorların cəlbi, Azərbaycan məhsullarının xarici ölkələrdə təşviq olunmasına öz töhfəsini vermək üçün  xarici nümayəndələrinin sayını artırır.  ASK-nın Özbəkistan Respublikasında nümayəndəsi vəzifəsinə Fərid Aqil oğlu Verdiyev təyin edilib. 

F.Verdiyev 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq, 2000-2004-cü illərdə Bakı Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat və 2013-cü ildə Moskva Dövlət İqtisadiyyat Universitetinin Dünya İqtisadiyyatı ixtisasları üzrə təhsil alıb.

F.Verdiyev əmək fəaliyyətinə “Bakı Şərab-1” ASC-də hüquq məsləhətçisi kimi başlamış daha sonra isə Hüqüq və kadrlar şöbəsinin rəisi olmuşdur. O, 2010-2011-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (Az.TEST) Direktor müavini kimi fəaliyyət göstərib.

Fərid Verdiyev Özbəkistan Respublikasında fəaliyyət göstərən “A-sera Asia” MMC-nin təsisçisi, eləcə də Türkiyə Respublikasında təsis edilmiş “Six Sigma İthalat İhracat LTD”nin rəhbəridir.

ASK-nın Özbəkistandakı tərəfdaşları, o cümlədən, Özbəkistan Respublikası Ticarət və Sənaye Palatası ilə məhsuldar əməkdaşlığı barədə nümayəndəyə geniş məlumat verilib və hər iki ölkə arasında iqtisadi əməkdaşlığı yüksəltmək üçün onun qarşısında konkret hədəflər qoyulub. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment