1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Rezident Nuranə Məmmədova : "Rezidentura təhsilimin köməyi ilə peşəkar həkim kimi formalaşaraq gələcəkdə xəstələrə şəfa...
18.02.2021

Rezident Nuranə Məmmədova : "Rezidentura təhsilimin köməyi ilə peşəkar həkim kimi formalaşaraq gələcəkdə xəstələrə şəfa paylamağı bacaran yüksəkixtisaslı mütəxəssis olacağıma inanıram."

2018-ci ilin oktyabr ayında Azərbaycan Tibb Universiteti ilə imzalanmış ikitərəfli müqavilə əsasında Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alan rezidentlərdən biri də Nuranə Məmmədovadır. Nuranə Məmmədova Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyətə başladığı ilk andan etibarən koronavirusla mübarizəyə qoşulmuş və xəstələrin şəfa tapması istiqamətində bütün gücü ilə çalışmışdır. Belə ki, o, öz ixtisasına uyğun olaraq Hospitalın yüksək ixtisaslı anestezioloq-reanimatoloqu Dr.Mehdi Əliyevin rəhbərliyi altında  ən ağır kateqoriyalı – reanimasiyada olan xəstələrlə çalışmışdır. 

Rezident Nuranə Məmmədova 2 mart 1997-ci ildə Bərdə şəhərində anadan olub. 2003-2014-cu illərdə Zümürxan kənd orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra elə həmin il  578 balla Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə  daxil olub.

2020-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalının anesteziologiya və reanimatologiya ixtisasına qəbul olub. Rezidentura təhsilinə başladığı andan etibarən Hospitalın peşəkar kollektivi ilə birgə xəstələrə yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsində yorulmadan çalışan Nuranə Məmmədova gələcəkdə peşəkar həkim olacağına inanır.

Nuranə Məmmədova deyir: "Mən rezidentura təhsilimi məhz belə peşəkar bir komandanın üzvü olaraq davam etdirdiyimə görə çox şadam. Çünki Hospitalın rəhbərliyi başda olmaqla həm kuratorumuz, həm də personal bizim inkişafımız istiqamətində əllərindən gələni edirlər və təcrübə əldə etməyimiz üçün maksimum şərait yaradırlar. Biz ən ağır xəstələrlə çalışırıq. Təbii ki, fiziki yorğunluqla yanaşı, həm də zehni cəhətdən yoruluruq. Buna baxmayaraq yaradılmış şərait bizim hərtərəfli inkişafımıza olduqca dəstək olur. Elə buna görə də rezidentura təhsilimin köməyi ilə peşəkar həkim kimi formalaşaraq gələcəkdə xəstələrə şəfa paylamağı bacaran yüksəkixtisaslı mütəxəssis olacağıma inanıram."

Həkim-rezident Nuranə Məmmədovaya gələcək fəaliyyətində tükənməz güc-qüvvət və davamlı uğurlar arzu edirik.  İnanırıq ki, rezident Nuranə öz peşəkar inkişafı üçün yaradılmış şəraitdən uğurla faydalanaraq  arzularını reallaşdıracaq və bu məsuliyyətli peşənin öhdəsindən layiqincə gələcək!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment